Argentina futbolunun canlı əfsanəsi Xuan Sebastian Veron futbola qayıtmağa qərar verib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 41 yaşlı oyunçu ölkəsinin həvəskar komandalarından olan "Estrella de Berisso"da çıxış edəcək.
Bu barədə sözügedən klubun rəsmi "Tvitter" səhifəsi məlumat yayıb.
Qeyd edək ki, X.S.Veron üç il əvvəl futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.