İcra başçısına qarşı daha bir İDDİA

"Getdiyim Həccə and olsun İsmayıl müəllim deyir məndə edirəm"

Süründürməçilik açıq korrupsiya amilləriylə bağlıdır. Neftçala rayonunda fərdi ev tikmək istəyən yaxud ev tikmək üçün həyətyanı sahəsini sənədləşdirmək istəyən vətəndaşlar Neftçala rayon icra hakimiyyətinin Arxitektura şöbəsinin müdiri Vüqar müəllim tərəfindən süründürməçilik halları ilə üzləşir. Bələdiyyə torpaq sənədlərinə rəy almaq üçün 100 manat Vüqar müəllimə pul verməlidir əks halda rəy vermir əsas gətirib bildirir ki, Arxitektura söbəsinin möhürü icra hakimiyyətinin başçısı İsmayıl Vəliyevdədir.

Bundan əlavə dükan sənədləşdirilməsi üçün tələb olunan icra başçısının sərəncam və lahiyəsinə 500-1000 manat pul tələb edir. Onun üçün rayon sakinləri öz mülklərininə sənəd ala bilmirlər.Vüqar müəllimin etdiyi qanunsuzluqlar bunlarla kifayətlənmir o, Neftçala rayon ərazisində yerləşən dükanlara möhürsüz bildirişlər yoluyaraq sahibkarlara dükanlarının söküləcəyini bildirərək onlardan pul tələb edir və bildirir ki, mən kiməm ki, getdiyim Həccə and olsun İsmayıl müəllim deyir mən edirəm. Aldığım pulun 10 faizi mənə çatır qalanı icra başçısınındır.

Neftçala rayon sakinlərini ölüm həddinə çatdıran Vüqar müəllim ondan Cənab prezident İlham Əliyevə şikayət ediləcəyini bildirdikdə isə gülərək deyir ki, mən İsmayıl Vəliyevə 20 min manat pul verib gəlmişəm bu vəzifəyə mənə heç kim heçnə edə bilməz bu sözlərdən şoka düşən rayon sakinləri talehləri ilə barışmalı olurlar və Vüqar müəllimin onlardan tələb etdiyi məbləği verirlər.

Bəlli olduğu kimi, fərdi ev tikintisi qaydaları artıq neçə müddətdir sadələşdirilib. Lakin bu istiqamətdə süründürməçiliyə yol verilir. Insanlara bu məsələdə problem yaratmaq görəsən, nə dərəcədə düzgündür? Vətəndaşlara süni maneələr yaradanlar hansı məsuliyyəti daşıyır?Bax bu sualların cavabları yuxarıda acıq şəkildə yazılıb. Xalqı hakimiyyətdən küsdürən məmurları ən sərt şəkildə cəzalandırılmasını dövlət başçısından xaiş edirəm.(dosye.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300