mikayil-meleyke

Təhsil Nazirliyinin istədiyi oldu…

‘Qəbul imtahanlarının nəticələri təhlil edilməyəcək

Ölkə başçısı Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsinin nizamnaməsinə dəyişiklik edib. Dəyişikliklər mərkəzin hüquqları ilə bağlıdır.

Dəyişikliyə görə, Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair elmi-statistik təhlil aparmaq və nəticələri prezidentə, Təhsil Nazirliyinə təqdim etmək hüququ ləğv edilib.

Başqa bir dəyişikliklə mərkəzə öz fəaliyyət istiqamətlərinə uyğun rəylər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq hüququ verilib. Mərkəz bu hüququ daxilində analitik materiallar hazırlaya, elmi tədqiqatlar apara, dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verə biləcək.

Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarının yekunlarına dair apardığı elmi-statistik təhlillər tez-tez Təhsil Nazirliyi ilə mübahisələrə səbəb olurdu.

Mərkəzin rəhbəri Məleykə Abbaszadə nəinki indiki təhsil naziri Mikayıl Cabbarovun, ondan əvvəlki nazir Misir Mərdanovun da dövründə imtahan nəticələrini təhlil edib orta məktəblərdə təhsilin səviyyəsini tənqid edirdi.

Bu ilin aprel və iyununda qəbul imtahanlarının nəticələri kontekstində dərsliklərin təhlilinin tənqidi nəticələri açıqlanmışdı. Təhlili Təhsil Nazirliyi narazılıqla qarşılamışdı.

Təhsil Nazirliyindən mərkəzin rəylərinə ”bu iradlardan kommunist ideologiyasının qoxusu gəlir” deyə cavab vermişdilər.

Dövlət İmtahan Mərkəzi 2016-ci ilin əvvəlində prezidentin fərmanı əsasında yaradılıb. Həmin fərman 1992-ci ildən fəaliyyətə başlayan Dövlət Tələbə Qəbulu Komissiyasının, eləcə də Dövlət Qulluğuna Qəbul Məsələləri Komissiyasının ləğvini nəzərdə tuturdu. İki strukturun bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. (azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300