ABŞ-ın CNN telekanalı verdiyi bir xəbərində istifadə etdiyi xəritədən "İsrail”adını çıxararaq "Fələstin” adını yazıb.

 

Publika.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu məsələyə münasibət bildirərək bunun CNN-nin ilk analoji addımı olmadığını deyib.

 

İsrailin baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə tanınan "İsrail Today” qəzeti də CNN-ni sərt tənqid edib: "Bu, CNN-nin İsrailə etdiyi ilk düşmənçiliyi deyil, ancaq CNN bu dəfə həddini aşdı. İsraili xəritədən silmək nə deməkdir? Bunu əsla qəbul etmək mümkün deyil. CNN üzündən dünyanın hər yerində İsrailə qarşı düşmən münasibət güclənəcək”.

 

İsraili mediada müdafiə etmək üçün qurulan "Honest Reporting” təşkilatı da dərc etdiyi videoda hadisənin qəbul edilməz olduğunu, bunun əsla bir "səhv” olmadığını söyləyib.

 

İsraildən gələn sərt reaksiyalardan sonra CNN bunun "səhvən” edilən hərəkət olduğunu açıqlayıb.

 

Ömər Dağlı

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300