Əhməd Əhmədzadə üçün Əli Bayramov
Hesablama Palatası vaxtaşırı büdcə təşkilatlarının fəaliyyətini, dövlət vəsaitlərinin xərclənməsi prosesini təftiş etmək üçün yoxlamalar aparır. Yoxlamalar əsasən, dövlət büdcəsinin gəlirlərindən istifadə, dövlət qurumlarında büdcə vəsaitlərinin istifadəsi, büdcədən kənar fondlardan istifadə və s.-lə bağlı olur.

İndiyədək bu qurum çoxsayda nazirlik və dövlət komitəsində, yerli icra hakimiyyətlərində audit həyata keçirib və çoxsaylı korrupsiya, yeyinti faktlarını aşkarlayaraq, ictimaiyyətə bu haqda məlumat verib.

Amma maraqlıdır ki, son 2 ildə Hesablama Paltasının (HP) Kənd Təsərrüfatı Nazirliyində (KTN), eləcə də, nazirliyin tabeliyindəki müxtəlif qurumlarda apardığı yoxlamaların nəticələrinə dair müfəssəl məlumatlara rast gəlinmirdi. Qaynarinfo.az bu məqsədlə internet resurslarında çoxsaylı axtarışlar aparsa da, adıçəkilən qurumun son illər KTN-də həyata keçirdiyi auditlər zamanı ortaya çıxan nöqsanlar barədə hər hansı açıqlamasına rast gəlinməmişdi. 

Belə ki, sonuncu dəfə 2014-cü ildə Hesablama Paltasının KTN yanında "Aqrolizinq” ASC-də apardığı yoxlamaların nəticələri açıqlanmışdı, həmin yoxlamalar 2013-cü iuli əhatə etmiş məlum olmuş ki, həmin qurumda ciddi korrupsiya hökm sürür, elə ona görə də auditin nəticəsinin Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsinə göndərildiyi bəyan edilmişdi. Bundan sonra Hesablama Palatasının KTN və onun tabeliyindəki qurumlarda korrupsiya halları barədə hər hansı açıqlamaya rast gəlmək mümkün deyildi, ta ki, bir neçə gün əvvələdək.

Məsələ burasındadır ki, ötən həfə Hesablama Palatası "Meliorasiya və Su Təsərrüfatı” ASC-də apardığı yoxlamaların nəticələrini açıqlayıb. Palatanın yaydığı hesabatda Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumda ciddi maliyyə pozuntularının olduğu əks edilir. 
Qeyd edək ki, hazirki kənd təsərrüfatı naziri Heydər Əsədov bu posta məhz Hesablama Palatasının sədri vəzifəsindən gətirilib. 2013-cü ilin noyabrında nazir təyin edilən Əsədov, ixtisasca mühasibdir. Əsədovun bu təyinatı zamanında ciddi müzakirələrə və mübahisələrə səbəb olmuşdu. 

O, nazir postuna gətirildikdən sonra Hesablama Palatası bir neçə ay KTN-dəki nöqsanlarla bağlı yoxlamaların nəticələrini açıqlayırdı. "Aqrolizininq”lə bağlı yuxarıda haqqında bəhs etdiyimiz faktdan sonra hətta qurumun sədri Əli Bayramov postunu itirdi. Məhz buna görə o vaxt KİV-də belə ehtimallar səslənirdi ki, HP-nin 2013-cü ilə dair yoxlamalarının nəticələri Əsədova keçmiş nazirin – İsmət Abasovun kadrlarını KTN-dən "təmizləmək” üçün lazımdır.  

Aradan iki il keçdikdən sonra birdən birə KTN-in tabeliyindəki ASC-də yoxlama parılması və ciddi korrupsiya faktlarının aşkarlanaraq ictimailə.dirilməsi Ə.Əhmədzadənin də "Aqrolizinq”in sabiq rəhbəri Əli Bayramovun "vurulduğu” fəndlə vəzifədən uzaqlaşdırılma ehtimalını ağıllara gətirir.

Xatırladaq ki, "meliorasiya şefi” düz 23 ildir bu vəzifəni tutur. Onun H.Əsədovla münasibətlərinin bir müddətdir yaxşı olmadığına dair iddialar dolaşırdı. Hesablama Palatasının məlum hesabatı həmin iddialarda doğruluq payının yüksək olmasından və kənd təsərrüfatı nazirinin Ə.Əhmədzadə ilə üzülüşməyə çalışdığından xəbər verir.  (qaynarinfo)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300