bitmap-img6
 
Azərbaycanın ən məhsuldar torpağı olan rayonlarından biri- Cəlilabad bu gün böhranlı günlərini yaşayır. Bərəkətli torpağı, zəhmətkeş insanları olan Cəlilabad sözün əsl mənasında səfalətin içərisində inildəyir. Cəlilabad bir zamanlar respublikanın ən imkanlı rayonlarından biri idi. İndi isə RİH-nin başçısı Əziz Əzizovun qeyri-peşəkar fəaliyyəti nəticəsində bu rayonda sadəcə vəhşət yaşanır. Əziz Əzizov 10 ildən artıqdır ki, Cəlilabadda RİH-nin başçısıdır. 
 
Bu on il müddətində Əziz Əzizov cəlilabadlı sahibkaların başına ele oyun açıb ki, əksəriyyəti obyektlərini dəyər- dəyməzə satıb ölkədən baş götürüb gedib. Ətrafına bir qrup toplayan RİH başçısı hazırda rayonda ən kiçik ticarət obyektini də öz nəzarəti altına salıb. Cəlilabadda dövriyyəsindən və kvadratından asılı olaraq hər bir obyekt RİH-nin başçısına töycü ödəyir. Düzdür bu pulların əksəriyyəti sahibkarlardan müəyyən adlar altında toplanır, ancaq ən çox rayon sahibkarlardan rayonda aparılan abadlıq üçün pul yığıldığı deyilir. Bundan başqa redaksiyamıza çatan məlumata görə, Əziz Əzizov İH-nin nəzdində olan "xeyriyyə fondu”na da sahibkarlardan pul yığdığı deyilir. Qeyd edək ki, bu fonda sahibkarlarla yanaşı rayonun idarə və müəssisə rəhbərləri də maliyyə köçürürlər. Ancaq fonda toplanan pulların hara xərcləndiyi barədə heç o adamlara da hesabat verilmir.
 
"Kitayski” alkopanlar sənədlərdə necə "turetski” olur?
 
Qeyd edək ki, 2 ilə yaxın müdətdə Cəlilabad rayonunda abadlıq işləri aparılır. Bu abadlıq işləri də birbaşa Əziz Əzizovun şəxsi biznesini inkişaf etdirir. Burada ciddi maxinasiyaların olduğu deyilir. Qlobal.az-a verilən məlumata görə, Cəlilabad rayonunda və Alar kəndində bütün obyektlətin fasadı alkopan örtüyü ilə üzlənib. Bu alkopan materiallarının 1 kvadratının ümumi montajının real qiyməti 33-38 manat arası olsa da Əziz Əzizovun göstərişi ilə sənədlərdə bu materiallar Türkiyə istehsalı olmağı göstərilməklə yanaşı 80-90 manata rəsmiləşdirilib.
 
Başçının "lesa”larını oğurlayıblar?
 
Redaksiyamıza verilən məlumata görə, bundan əlavə olaraq rayonda görülən bu işlərin ümumi həcmi fantastik dərəcədə şişirdilib. Məsələnin ən maraqlı tərəfi isə rayondakı obyektlərin fasadları zamanı istifadə olunan bütün "lesa”ların (dəmir ayaqaltılar) Əziz Əzizova məxsus olduğu deyilir. Əziz Əzizovun şəxsi mülkiyyətində olan bu "lesa”lar abadlıq işlərinin aparılması üçün Cəlilabad RİH-nə kirayəyə verilibdir. Hətta məlumatda deyilir ki, ötən il "lesa”larının müəyyən hissəsinin ustalar tərəfindən oğurlandığından şübhələnən RİH-nin başçısı özü yaxın "əyan-əşrəfi” ilə rayonun küçələrini gəzərək "lesa”larını axtarırmış.
Qeyd edək ki, on illik fəaliyyəti dövründə Əziz Əzizov Cəlilabadda özünə bir neçə obyekt tikdirib. Topdansatış mərkəzlərinə sahib olan başçı idarə və müəssisələri öz obyektindən alver etməyə məcbur edir. Bundan başqa Cəlilabadda fəaliyyət göstərən "Ülvi” şadlıq evinin də Əziz Əzizova məxsus olduğu deyilir. Rayonun rəhbər vəzifələri şəxsləri isə övladlarına bu şadlıq evində toy edərək başçının xoşuna gəlməyə çalışırlar.
 
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Cəlilabad sahibkarlarının böyük əksəriyyəti Əziz Əzizovun abadlıq "siyasət”inə qurban gedərək böyük məbləğlərdə banklardan kredit götürüblər. İndi kreditlərini ödəyə bilməyən sahibkarlar sürətlə müflisləşirlər. Cəlilabad gənclərinin əksəriyyəti bir tikə çörək ucbatından Rusiyanın ən uzaq nöqtələrinədək səpələniblər. Əziz əzizovla bağlı bütün bunlardan əlavə olaraq redaksiyamıza sensasiya sayılacaq bir məlumat da daxil olub.
Məlumatda deyilir ki, rayon əksəriyyətinin mütləq əksəriyyətinin dini inancı islam dini- şiə məzhəbi olmağına baxmayaraq son zamanlar rayonda saqqallı şəxslərin- vəhhabilərin sayı durmadan artır. Cəmiyyətin ənənəvi baxışlarına fərqli və təhqiramiz münasibət sərgiləyən bu şəxslərə qarşı rayon rəhbərliyi heç bir profilaktik addımlar atmır. 
 
Əziz Əzizovun şərikli tikinti biznesi
 
Qlobal.az-a daxil olan digər ilginc məlumata görə Cəlilabad RİH-nin başçısı Əziz Əzizov paytaxt Başı şəhərində də tikinti biznesi ilə məşğul olur. Belə ki, iddiaya görə  Əziz Əzizov  tikinti sektoruna sərmayəni yaxın qohumu (bibisi oğlu) Pərvin Əliyevin əli ilə yatırıb. Ötən ilə kimi "AAAF İnşaat” MMC-nin direktoru vəzifəsində işləyən Pərvin Əliyev deyilənə görə, dayısı oğlu olan Əziz Əzizovun külli miqdarda vəsaitini burada daşınmaz əmlaka çevirə bilib. Radikal dini təriqət üzvləri ilə əlaqəsi olduğu deyilən (bu barədə ötən il yerli mətbuatda kifayət qədər yazılıb) Pərvin Əliyev sonradan "AAAF İnşaat” MMC-nin direktoru vəzifəsindən uzaqlaşdırıldı. Ancaq bununla belə adıçəkilən kompleksdə Pərvin Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların içərisində ən qiymətli olanı isə "AAAF Park”ın girişində fəaliyyət göstərən "makromart” univermağıdır.
 
Pərvin Əliyev Əziz Əzizovun "qisas"ını necə aldı?
 
Məlumata görə Pərvin Əliyev "AAAF İnşaat” MMC-yə direktor təyin olunandan sonra kompleksdə aparılan tikinti işlərində çalışan əslən Cəlilabad rayonundan olan usta və fəhlələri fəqrli bəhanələrlə işdən çıxarmağa başlayıb. Müəyyən bəhanələrlə işlərindən kənarlaşdırılan usta və fəhlələr işdən uzaqlaşdırılmaqlarının səbəbini soruşduqda isə Pərvin Əliyev onlara Cəlilabad camaatının RİH-nin başçısı olan dayısı oğlu Əziz Əzizovdan yuxarı instansiyalara etdikləri çoxsaylı şikayətlərə görə qisas aldığını bildirmişdir.
 
Qeyd edək ki, Pərvin Əliyevin əvvəllər hüquq- mühafizə orqanlarında çalışdığı deyilir.
 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300