bitmap-img6

 

Milli Məclisə keçirilmiş 1 noyabr seçkiləri nəticəsində 4 rektor yenidən deputat mandatı qazandı

 


Ardınca isə prezident İlham Əliyevin 24 noyabr 2015-ci tarixli sərəncamına əsasən, həmin şəxslər - Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Dövlət Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov, Azərbaycan Müəllimlər İnstitunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev tutduqları vəzifədən azad edildilər.

Uluyol.info xəbər verir ki, modern.az hazırda onların səlahiyyətlərini kimin əvəz etdiyini müvafiq ali təhsil ocaqlarından öyrənməyə çalışıb.

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından bildirilib ki, hazırda rektor vəzifəsini təhsil ocağının tədris işləri üzrə prorektoru Qəhrəman Məmmədyarov icra edir.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfa Kazımova qeyd edib ki, noyabrın 25-dən təhsil ocağının elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov rektor vəzifəsini icra edir.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, tədris işləri üzrə prorektor Sabir Əliyev hazırda rektor vəzifəsini müvəqqəti olaraq icra edir.

Azərbaycan Müəllimlər İnstitutu isə prezidentin dünən imzaladığı müvafiq sərəncamla Azərbaycan Pedoqoji Universitetinə birləşdirilib(modern.az)
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300