15 yaşlı məktəblinin intiharı: müəmmalı məktəbdə artıq 5 şagird öz canına qıyıb - TƏFƏRRÜAT, FOTOLAR
 
Kürdəxanı qəsəbəsində növbəti intihar hadisəsi baş verib. 15 yaşlı oğlan
özünü asaraq həyatına qəsd edib.

2001-ci il təvəllüdlü Teymur Həsənli ötən gün trosla özünü asıb. Qəsəbənin
D.Vasif küçəsi, ev 113 ünvanında yerləşən avtotəmir sexində işləyən Teymur
8-ci sinif şagirdi olub.

Qəsəbənin Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbində
təhsil alan Teymur yay tətili olduğundan qeyd edilən sexdə çalışırmış.

Əslən İmişli rayonundan olan Teymur ailəsi ilə birlikdə 3-4 il əvvəl Kürdəxanı
qəsəbəsinə köçüblər. 15 yaşlı məktəblinin intihar etmə səbəbi ilə bağlı ilkin versiya
da artıq yayılıb. Onun sevdiyi qıza görə canına qəsd etdiyi deyilir.

Musavat.com-un əldə etdiyi məlumata görə, Teymur onunla eyni məktəbdə
oxuyan və 8-ci sinif şagirdi olan qızla sevgili imiş. Məlumata görə, bu sevgi
qarşılıqsız olmayıb. Ancaq Teymurun intiharı seçməsinin səbəbləri müəmmalı
olaraq qalır.

Teymurun qardaşı da eyni məktəbdə təhsil alırmış. Onun Seymur adlı qardaşı
bu il məktəbin 9-cu sinfini bitirib. 

Teymurun intiharında diqqəti çəkən məqamlardan biri onun oxuduğu məktəblə
bağlıdır. 113 nömrəli məktəb artıq 5-ci intihar hadisəsi ilə gündəmə gəlir. Belə ki,
2014-cü ilin sonu və 2015-ci illər ərzində məktəbin 4 şagirdi eyni üsulla - özünü
asmaqla canlarına qəsd etmişdilər.

Məktəbin şagirdlərindən olan 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu
2014-cü ilin dekabr ayında canına qəsd etmişdi.

Məktəbin 10-cu sinif şagirdi Əli Məmmədov 2015-ci ilin fevralında intihar etmişdi.

6-cı sinif şagirdi Ruslan Həsənov isə 2015-ci ilin aprel ayında asılmış vəziyyətdə
tapılmışdı.

Adıçəkilən müəmmalı məktəb 2013-cü ildə də intihar xəbəri ilə sarsılmışdı.
Məktəbin 9-cu sinif şagirdi, qonşu Məhəmmədi kənd sakini, 16 yaşlı Püstəxanım
Quluzadə də özünü asmışdı.

Sonuncu hadisədən əvvəl baş verən digər intiharlarla bağlı Cinayət Məcəlləsinin
125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi açılmışdı. Ancaq
bu barədə heç bir rəsmi məlumat verilməyib.

15 yaşlı Teymurun ölümü ilə bağlı da eyni maddə ilə cinayət işi açılıb.

Təqdim etdiyimiz fotolar 15 yaşlı Teymura aiddir. 



 





Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300