Əli Abbasov Bakıdakı milyon yarımlıq mülkünü satdı

 

"MTN işi”nə görə işdən çıxarılan sabiq nazir əmlaklarını kütləvi şəkildə satışa çıxarıb


 

"MTN işi”nə görə vəzifəsindən azad edilən sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıdakı mülklərini kütləvi şəkildə satışa çıxarıb. 

Bu barədə müsavat.com-a məlumat verən mənbə qeyd edib ki, Əli Abbasov metronun "Gənclik” stansiyası yaxınlığındakı – "Zivella” mağazasının arxasındakı 12 sot ərazisi olan torpaq sahəsini tələm-tələsik satıb. Qaynağın sözlərinə görə həmin mülk Əli Abbasovun oğlu Eldar Abbasovun adına olub və dəyərindən xeyli ucuz, 1,5 milyon manata satıb: "Əli Abbasov ümumiyyətlə, Bakı şəhərində olan obyektlərini kütləvi şəkildə satışa çıxarıb, dəyər-dəyməzinə satmaq istəyir. Maraqlıdır ki, "MTN işi” üzrə istintaqın ilk günlərində Əli Abbasovun da bir sıra mülklərinə həbs qoyulmuşdu. Nazir işlədiyi dövrdə onun "sağ əli” olan, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov Məmməd Araz küçəsində (keçmiş Teymur Əliyev) Əli Abbasova möhtəşəm bir villa inşa etdirirdi, hələ tikintisi tam başa çatmamışdı. (Aşağıda həmin villanın şəkli əlavə edilir, bu haqda musavat.com daha öncə də yazmışdı-red.) Vidadi Zeynalovun (hazırda həbsdədir) da həmin ərazidə 3 yanaşı villası vardı. Həmin mülklərə istintaqın ilk dövründə həbs qoyduğu bildirilirdi. Lakin maraqlıdır ki, hazırda Əli Abbasov o villanı da satışa çıxarıb. Bundan başqa, o, Bilgəhdəki bağ evini, şəhərin mərkəzindəki bir neçə obyektini də satır. Güman ki, o, hökumətin başının daha çox referenduma qarışmasından istifadə edərək, gizli şəkildə, dövlətin milyonlarını talayaraq əldə etdiyi mülkləri satıb nağd pula çevirmək istəyir. Çünki gələcəkdə, mümkündür ki, "MTN işi” üzrə məhkəmədə həmin mülklərin rəsmi qaydada onun əlindən alınacağı, dövlət nəfinə keçiriləcəyi şübhəsizdir. Çünki bu mülklər korrupsiya yolu ilə əldə edilib”.



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300