Elşən Allahverdiyev: "Məmurlar “şəxsi maraqlarına” görə ölkədə bütün sahələri iflic vəziyyətinə salıb"Korrupsiya və İnhisarçılığa Qarşı Mübarizə mərkəzinin sədri Elşən Allahverdiyev:Azərbaycanda yaltaqlıq həyat tərzinə çevrilir.

 

 

Elşən bəy  nədən qərara gəldiniz ki, Gənclərin birliyini yaradasınız? İndiki halda gənclərin birgə fəaliyyəti nə üçün ehtiyac var?

 

-Bilirsiniz Azərabycandakı mövcud sosial-iqtisadi durum göz önündədir. Ölkədə sürətlə sosial problemlər artır və sosial narazlıqlar formalaşır.  Ölkədə baş verənlər insanların , xüsusən gənclərin həyatında bir başa təsirini göstərir.  İşsizlik, gənclərin narkotik vasitələrdən istifadə və  gənclər arasında cinayətkarlıq hallarının artması çoxalıb. Bu məqsədlə düşündük ki, gəncləri siyasi-ictimai aktivliyinin təmin etmək üçün belə bir təşkilat təsis edək. Beləliklə, Azərbaycan gələcəyi olan gəncliyə töhfə vermiş olarıq.  Dünya praktikası sübut edir ki, gənclərin sosial-ictimai aktiv olduğu ölkər sürətlə inkişaf edir.  Bu gün Azərbacyan gənciliyinin sosiallaşması ölkədə bütün sahələrdə öz müsbət töhfəsini verə bilər.  Təşkilatın əsas məqsədi,  gənclərin sosial-ictimai həyatda iştirakçılığını artırmaq, gənclərin demokratik dünya görüşünün formalaşmasına nail olmaqdır.  Gəncliyə biganə münasibət davam edərəsə, ölkənin gələcəyi sual altında olacaq.

 

Siz Azərbaycan vətəndaş cəmiyyətinin durumunu necə qiymətləndirirsiniz?

 

-Ölkədə inkişafı vətəndaş cəmiyyətindən asılıdır. Vətəndaş cəmiyyətinin şəffaflığın təmin olunmasında və demokratik islahatların aparılmasında əvəzedilməz rolu var. Bunun üçün hakimiyyət vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq etməlidir. Xüsusən alternativ fikir olmalıdır.

 

Çox təəssüf ki, bizim ölkəmizdə bunun əksini görürük. Hakimiyyət müstəqil və alternativ fikri düşmənçilik kimi qarşılayır.  Bu gün ölkədə yüzlərlə alternativ düşüncə sahiib olan insanlar həbsdədir.  Artıq hakimiyyət alternativ fikri dövlət çevrilişi cəhd kimi qiymətləndir..

Hakimiyyət tənqidlərdən və alternativ fikirlərdən bəhrələnmək əvəzinə, insanları cəzaladırmaqla məşğuldur.  Hakimiyyət beynəlxalq nüfuzunu artırmaq üçün illərlə millyonlarla kapital xərcləmişdir.  Lakin sonra məlum olduki, bu siyasət yanlışdır. Beynəlxalq nüfuzun formalaşması üçün kapitala xərcələmək deyil, şəffaf və ədalətli cəmiyyət qurmaq lazımdır. İnsan hüquqları və azadlıqlarının təmin olunmasını sözdə deyil, realıqda baş verməsini təmin etməkdir. Bizdə dövlətin bütün resursları və imkanları hakimiyyətin "qorunmasına” sərf edilir. Kütləvi informasiya vasitələri ancaq bir tərəfli təbliğat aparılır..

Gənclərə ancaq "tərif” deməyi öyrədirlər və onları inandırıblar ki, sən ancaq bu yolla inkişaf edə bilərsiniz..

Buna görə Azərbaycan gəncliyi öz "perspektivini” tərif deməkdə axtarır. Buna görədə Azərbaycanda yaltaqlıq həyat tərzinə çevrilir.

 

 

İndiki dövrdə Azərbaycan gəncliyini ölkənin inkişafına hansı töhfəni verə bilər?

 

-İnsanların həyat tərzi yaşadığı mühitlə bağlıdır. Mühitin formalaşmasında hakimiyyətin xüsusi təsiri var. Əgər hakimiyyət normal tənqidi fikirlərlə hazırdırsa, onda cəmiyyətin inikşafı qaçılmazdır. Bu gün Azərbaycan gəncliyinin hansı perpektivi var ?  Gənclər necə töhfə verə bilər,? Əgər bir gənc işləmirsə, vergi verməyəcək, normal təhsil almırsa normal vətəndaş kimi formalaşmayacaq. Bunun  üçün bütün məsuliyyət hakimiyyyətin üzərinə düşür.

Bu gün məmurlar "şəxsi maraqlarına” görə ölkədə bütün sahələri iflic vəziyyətinə salıb. İnsanların sərbəst hər hansı bir fəaliyyətlıə məşğul olması üçün imkanlar yox dərəcəsindədir. Kiçik və orta sahibkarlıq məhv edilib, dövlətin gənclərlə bağlı proqramları ancaq kağız üzərindədir. Bir- iki idmançını maşınla və evlə təmin etmək, kiçik müsbət hadisə olsada bu umumilikdə gənclərin problemlərinin həllinə kömək eləmir. Bu gün yüzminlərlə evsiz gənclər var. Onlar iqtsiadi çətinliklər üzündən evlənə bilmir. Bütün gənclər ipoteka krediti əldə etmək imkanı varmı?  Yox.. Bütün bunlar göstərir ki, əskər gənclər dövlətin imkanlarından və xidmtlərindən kənarda qalır. Heç olmasa hakimiyyət Azərbaycanın gələcəyi gəncləri düşünməldir.

 

 

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300