46551299

Pakistanın Kvetta şəhərində yerləşən xəstəxanada partlayış baş verib.

Bəlucistan əyalətinin daxili işlər naziri partlayışı "canlı bomba”nın törətdiyini bildirib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 30 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Partlayış bu gün səhər Bəlucistan Vəkilləri Kollegiyası Asossiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin ölümündən bir neçə saat sonra baş verib. Onun cəsədi xəstəxanaya gətirilib. Onun həmkarları, tanışları və KİV nümayəndələri tibb müəssisəsinə gəldikdən sonra isə partlayış baş verib. Bir neçə vəkil yaralanıb. Jurnalistlərdən biri ölüb, biri isə ağır xəsarət alıb.

Polisin məlumatına görə, partlayışdan sonra naməlum şəxs atəş açıb. Təhlükəsizlik xidmətinin əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300