Bu gün İstanbulun ən böyük mitinq meydanlarından biri olan "Yenikapı”da təşkil edilən "Demokratiya və Şəhidlər”mitinqində 5 milyondan çox insan iştirak edib.
Musavat.com xəbər verir ki, mitinqə gələnlər arasında bir nəfər diqqətləri cəlb edib.
Dənizdə əlində türk bayrağı olan bir vətəndaş üzərək meydana doğru gəlib.
Suda olarkən əlindəki bayrağı da dalğalandıran şəxsin görüntüləri sosial mediada böyük marağa səbəb olub.