Stadionlarımızın bərbad durumu: Xərclənən pullar hara gedir? - FOTOLAR
 
Avqustun 2-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu
çərçivəsində "Qarabağ" "Viktoriya Plzen" komandasını qəbul edib və matç 1-1
hesabı ilə başa çatıb. 

İlk oyun qolsuz bərabərliklə bitdiyi üçün ikinci matçdakı hesab "Qarabağ"a sərf etmədi
və Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında mübarizəni dayandırdı.
 
Oyun zamanı diqqəti çəkən məqamlardan biri də, Tofiq Bəhramov adına respublika
stadionunun bərbad ot örtüyü oldu. Dəfələrlə böyük pullar xərclənib, bərpa edilən
ot örtüyü oyun zamanı yenə biabırçı hala düşdü.
 
Matçın ilk hissəsindən sonra stadiona diqqət yetirdikdə gördük ki, dovşan yuvasına
bənzər çalalar yaranıb. Futbolçular, hətta hakim belə, ot örtüyünü ayağı ilə düzəltməyə
çalışırdı. 

Arenanın ot örtüyünün bərbad olması oyunun gedişatına da mane oldu. Bir neçə
epizodda futbolçuların ayağı qopmuş otlara ilişdi. Bu tipli önəmli matçlarda ot
örtüyünün belə olması, heç də ürəkaçan şey deyil.
 
Maraqlıdır ki, bu zamana qədər arenanın qazonu dəfələrlə təmir edilib. Amma
bir müddət sonra stadion əvvəlki halına, yəni bərbad durumuna geri qayıdıb.
Arenanın ot örtüyünün durumuna "Football & Sports Management” (FSM) şirkəti
cavabdehdir.
 
Şirkətin son fiaskosu ötən il "Qarabağ" və "Yanq Boyz" komandaları arasında baş
tutmuş oyundan öncə olmuşdu. Belə ki, matça az müddət qalsa da, stadionun
qazonu hazır deyildi, daha dəqiq desək, standart, yəni biabırçı vəziyyətdə idi.
Şirkət həmin günlərdə ittihamlara cavab verərək, günahı özündə görmədi.
Hər şeyin günahını havaların isti keçməsində, futbolçularda, komandalarda gördü. 

Bəs indi necə olacaq? Hansı bəhanə gətiriləcək? 

Nəzərə alaq ki, bu stadionda "Qarabağ" UEFA Avropa Liqasının pley-off
mərhələsində İsveçin "Höteborq" komandası ilə önəmli matça çıxacaq. Stadion
yenə bu halda olacaq?
 
Azərbaycanın hava iqlimi ən mükəmməl stadionların yaradılması üçün əlverişlidir.
Amma bir çox sahədə olduğu kimi, bu məsələdə də iş peşəkarlara yox, naşılara
verildiyi üçün nəticə ortadadır.
 
Bəziləri hələ də anlamayıblar ki, futbol artıq palçıqlı arenada yox, ot örtüyü olan
stadionlarda oynanır. Son matçı izləyən idman jurnalistləri də stadionun ot
örtüyünü müzakirə etdilər. Belə bir arenada önəmli matçların oynalımasının
riskli olduğunu dedilər.
 
Musavat.com saytına danışan idman jurnalisti Elsevər Məmmədov
stadionların ot örtükləri ilə bağlı problemlərin həddən artıq çox olduğunu
bildirib: "İstər "Bakcell Arena"da, istər Tofiq Bəhramov adına respublika
stadionunda, istərsə də Olimpiya stadionunda bu problem var. Çünki bu arenaların
qazonlarına Elxan Məmmədova məxsus olan şirkət baxır. Orada çalışan
mütəxəssislərin də bilgisi kifayət qədər deyil.
 
Dəfələrlə belə hallar olsa da, onlar heç nəyi dəyişə bilmirlər. Bəzən hətta
"Bakcell Arena"nın ot örtüyünə yaşıl görünsün deyə rəng vururdular. Bu
mənada yalnız "Qəbələ"yə məxsus arenaları fərqləndirmək olar ki, orada da
ingilis mütəxəssislər ot örtüyünə nəzarət edir. Ona görə də orada ot örtüyü
mükəmməldir. Sonuncu dəfə Tofiq Bəhramov adına respublika stadionundakı
qazona may ayında dəyişiklik olundu.
 
Bu arena Gənclər və İdman Nazirliyinin balansındadır. Onlar da stadionda ötən
il, ondan qabaqkı il yaranan problemlərin səbəbinin ot örtüyündə deyil, torpaqda
olduğunu bildirdilər və dəyişiklik etdilər. Rayonlardan 1200 ton torpaq gətirdilər.
Amma yenə də nəticə yoxdur. Görünən odur ki, stadiona nəzarət edənlər ot
örtüyünə və torpaq qatına düzgün nəzarət etmir. Dediyim kimi, "Qəbələ"də ingilis
mütəxəssislər çalışır və orada hər şey mükəmməldir. Paytaxtdakı 3 əsas
stadionda dəyişiklik etmək üçün həmin ingilislərdən istifadə etmək lazımdır".

Həmkarımızın sözlərinə qüvvət verərək, deyirik ki, işi heç olmasa, bu dəfə
peşəkarlara verin. İnkişaf etdirməkdə çətinlik çəkdiyiniz futbolumuza dəstək ola
bilmirsinizsə, heç olmasa, mane də olmayın. 

 






Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300