1448707007 12122630 487253224788646 8503454320509025590 n
 
Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının sonuncu günündə cüdo üzrə Azərbaycan milli komandası daha bir bürünc medala sahib olub.

Uluyol.info "Derbi.az"-a istinadən xəbər verir ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov yarımfinala qədər pakistalı Hüseyn Şah, İran təmsilçisi Cavad Mahjoubu və rusiyalı Arsen Omarovu məğlub edib.

Yarımfinalda kubalı Joze Armentorosa uduzan Qasımov bürünc medal uğrunda mübarizədə Yaponiya cüdoçusu Kensuke Sakamotoya qalib gəlib. Rəqibini "ippon” – təmiz qələbə ilə məğlub edən Azərbaycan cüdoçusu Jeju Qran-Prisinin bürünc medalı qazanıb.

Bu çəkidə ölkəmiz təmsil edən Elxan Məmmədov 7-ci, ağır çəkidə mübarizə aparan Uşanqi Kokouri isə 5-ci yeri tutub. Qran-Prinin sonuncu günündə tatamiyə çıxan digər iki cüdoçumuz – Ramin Qurbanov və Məmmədəli Mehdiyev 1/4 finala vəsiqə qazana bilməyiblər.

Azərbaycan milli komandası Koreyada 3 bürünc medal qazanıb. Elmar Qasımovdan öncə Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) Qran-Prini üçüncü yerdə başa vurublar.
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300