Rusiyanın Ural vilayətinin güc strukturlarının əməkdaşları avqustun 4-dən 5-nə keçən gecə məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin ("Rövşən Lənkəranski”) qruplaşmasına daxil olan cinayətkar birləşmənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.

Uluyol.info  "virtualaz.org"-a istinadən  xəbər verir ki, Nijniy Tagildə keçirilənirimiqyaslı xüsusi əməliyyat zamanı cinayətkar "sxodka”nın 30 iştirakçısı saxlanılıb.

154397_res_01

Bildirilir ki, hüquq-mühafizə orqanlarına "Rövşən Lənkəranski”nin qruplaşmasının toplantı keçirəcəyinə dair informasiya əvvəlcədən daxil olub. Və ənəvi olaraq xüsusi təyinatlılar qruplaşma üzvlərini qəfil yaxalayıblar. Əməliyyat məlumatlarına görə saxlanılanlar reket yoluyla yerli biznesmenlərdən pul toplayan qruplaşmanın üzvləridir. "Sxodka”da yerli azərbaycanlı diasporunun bir neçə tanınmış nümayəndəsi də olub. Onların kriminal "sxodka”ya hansı məqsədlə qatıldığı aydınlaşdırılır.

Saxlanılanlardan 8-i yerli biznesmenlərdən birindən iri məbləğdə pulu reketliklə almaqda şübhəli bilinir.

Xatırladaq ki, bu il martın sonlarında Sverdlovsk vilayəti üzrə əməliyyat polisi FTX-nin yerli idarəsinin əməkdaşları ilə birlikdə azərbaycanlı kriminal ünsürlərin toplantısına basqın edib, "Rövşən Lənkəranski”nin region üzrə səlahiyyətli adamı Ağayar Ağayev və bir neçə başqa qruplaşma üzvü saxlanılıb.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300