İnternet saytı vasitəsilə Rusiya baş nazirinin istefasına çağırış 150 mindən artıq adamın dəstəyini qazanıb.

Petisiya change.org saytında yerləşdirilib.

Bu həftənin əvvəlində Dmitri Medvedev maaşlarından narazı olan müəllimlərə yeni iş axtarmaq məsləhətini verib. Bu bəyanat tənqidlərə səbəb olub. "Pul qazanmaq istəyirsinizsə, bunu etmək üçün bir sıra gözəl yerlər var. Elə həmin biznesi götürün”, baş nazir müəllimlərlə keçirilən görüşdə deyib.

Rusiya prezidentinin adına yazılmış çağırış mətnində deyilir ki, nazirlər kabinetinə "səriştəli, savadlı və ölkəyə canı yanan adam” başçılıq etməlidir.

Daha bir petisiyanın müəllifi müəllimlərin maaşları ilə bağlı ifadəsinə görə baş nazirdən üzrxahlıq tələb edir.

May ayında Krıma səfəri vaxtı yerli sakinlərlə görüşən Dmitri Medvedev büdcədə təqaüdlərin indeksasiyası üçün vəsaitin olmadığıni demişdi. Baş nazirin bu barədə ifadəsi sosial şəbəkələrdə istehza ilə qarşılandı.

Cümə axşamı Rusiya prezidentinin mətbuat katibi deyib ki, Kremldə petisiya ilə tanış olmayıblar.

Dmitri Peskovun sözlərinə görə bəzi bölgələr müəllimlərin maaşlarının qaldırılması barədə prezident sərəncamını yerinə yetirməkdə çətinliklərlə üzləşir. Hərçənd ki, mətbuat katibi bu sahədə işin davam etdirildiyini bildirib.(.bbc.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300