İranda 20 qiyamçı edam olundu
 
İranda cinayət törətmək və milli təhlükəsizliyə zərbə vurmaqda ittiham olunan 20 sünni məhkum edam edilib.
 
Axar.az xəbər verir ki, edamla bağlı açıqlama verən general Məhəmməd Cavad Müntəziri məhkumların çərşənbə axşamı edam olunduqlarını deyib:
 
"Bu adamlar ağır cinayətlər törədib. Onlar qadınları, uşaqları öldürüb. Ölkə təhlükəsizliyini təhdid edən addımlar atıb, bəzi sünni liderləri qətlə yetiriblər. Buna görə də onlar haqda edam qərarı çıxarıldı. Hökm çərşənbə axşamı icra olundu”.
 
Qeyd edək ki, İran Kəşfiyyat Nazirliyi dünən yaydığı açıqlamada 2009-2011-ci ildə baş verən 24 silahlı hücumun bir qrup tərəfindən həyata keçirildiyini bildirib. Sözügedən qrupun bir qismi – 20 nəfəri edam edilərkən, digər qismi polislə atışma zamanı öldürülüb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300