Ali Hərbi Şuraya təqdim olunmasına rəğmən ordu generalı rütbəsinə yüksəldilməyən Türkiyə Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-polkovnik Mehmet Şanver istifa verib. APA TV-nin məlumatına görə, mətbuata açıqlama verən general bildirib ki, bəzən insanlar tutduqları vəzifədən vaxtında getməyi bacarmalıdır: "Mən də buna nümunə olmaq istədim". Mehmet Şanver rütbə artımı təqdimatlarında adının həmişə birinci olduğunu xatırladıb: "Bu günə kimi podpolkovnik rütbəsindən general-polkovnik rütbəsinə kimi bütün təqdimatlarda adım birinci yerdə olub. Həyatımda heç vaxt ikinci olmamışam".

 

Xatırladaq ki, ordu generalı hərbi rütbəsi almaq üçün Ali Hərbi Şuraya təqdim olunan siyahıda Mehmet Şanverin adı birinci yerdə olub, amma Şura onun rütbəsini artırmaqdan imtina edib. Şanver general-polkovnik rütbəsi ilə Hərbi Akademiyalar Komandanlığına rəhbər təyin olunub, bu təyinatdan bir gün sonra həmin komandanlıq ləğv edilib.

 

Xatırladaq ki, silahlı çevrilişə cəhd zamanı Türkiyə Ordusunun 30-a yaxın generalı məhz Mehmet Şanverin qızının toyunda girov götürülmüşdü. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300