15 iyul qiyamını hərbi çevriliş cəhdi kimi dəyərləndirmirəm.

 

Uluyol.info axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Baş Qərargahının keçmiş rəhbəri İlkər Başbuğ yerli mətbuata açıqlamasında deyib.

 

"15 iyul hadisələri keçmiş hərbi çevriliş olaylarına bənzəmir. Hərbi çevriliş cəhdi kimi xarakterizə edilməsinə müsbət yanaşmıram. Bu, Gülən camaatının silahlı çevriliş cəhdi idi. Türkiyə Silahlı Qüvvələrinə sızan FETÖ-çuların təkbaşına hərəkət etmədiyi bəllidir. Xaricdən bu prosesləri idarə edənlərin konkret məqsəd və hədəfləri var idi.


Çevriliş cəhdinin olacağını əsla gözləmirdim. Gülən camaatının qiyamda hərəkətverici qüvvə olmasına baxmayaraq, bu işin arxasında 3 qrupun dayandığını düşünürəm.

 

Birinci, bu qiyamı hazırlayan, idarə edən şəbəkə Gülən camaatıdır.

 

İkinci, həmin an gecikənlər, qərar verməli olduqları halda tərəddüd edənlər və nə etdiyini bilməyənlərdir.

 

Sonuncu, yəni 3-cü qrupda isə gülənçi olmamasına baxmayaraq, bundan istifadə etmək istəyənlər. Bundan əlavə, aldadılan hərbçilər qiyamçı kateqoriyasına aiddir. Həmin iğtişaşlarda silahdan istifadə etməyən əsgərlər isə mühakimə edilməməlidir”, - Başbuğ bildirib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300