Müsavat Partiyası baş prokuror Zakir Qaralovu məhkəməyə verib. Bu haqda "Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılının imzası ilə təqdim olanan iddia ərizəsində "Panama” sənədlərinin araşdırılması ilə bağlı Baş Prokurorluğa edilən müraciət cavablandırılmadığına görə, hərəkətsizlikdən şikayət edilib. Ərizə Səbail rayon Məhkəməsinə təqdim olunub.

İddia ərizəsini təqdim edirik:

Səbail rayon  Məhkəməsinə

İddiaçı:   Müsavat   Partiyası (Bakı şəh. Binəqədi ray. Dərnəgül     qəs. 3097-ci məhəllə, tel (12) 563 41 60)

Cavabdeh:    Azərbaycan Respublikasının Baş Prokuroru   Qaralov Zakir  Bəkir oğlu  (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi 7, AZ 1001)

       

                                    

İ D D İ A  Ə R İ Z Ə S İ

 

A. İşin faktiki halları:

1.Bu ilin aprelin sonu, mayın əvvəlində dünya və ölkə mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevin övladlarının, yaxın qohumlarının, eləcə də dövlət məmurlarının əmlak dövriyyələri barədə olan araşdırma yazılardanda göstərilən faktların araşdırılmasını, onlara hüquqi qiymət verilməsini və bu barədə geniş ictimaiyyət nümayəndələrinin məlumatlandırılması barədə 06.06.2016-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova müraciət edilib.

2.Lakin bu günə qədər müraciətə heç bir reaksiya verilməyib.

 

B.Hüquqi müddəalara dair;

3.Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.

4.Konstitusiyanın 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

5.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq kütləvi informasiya vasitəsinə məlum olmuş, cinayət işinin başlanması üçün səbəb hesab edilən kütləvi informasiya vasitələrinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir.

6."Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;

7.Həmin Qanunun 10-cu maddəsinə əsasən Baş prokuror:

bilavasitə, habelə Azərbaycan Respublikasının Baş prokurorluğu və ona tabe olan prokurorlar vasitəsi ilə bu Qanununun 4-cü maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirir, prokurorluq orqanlarına rəhbərlik edir.

8."Vətəndaşların müraciətləri haqqında” Qanunun 10.1.-ci maddəsinə əsasdən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

9.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207.1-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

207.1.1. törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almaq və ona baxmaq;

207.1.2. zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmaq;

10.Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220- cü maddələrinə əsasən

X A H İ Ş    E D İ R Ə M:

Ərizədə qeyd edilən faktların Baş Prokurorluq tərəfindən araşdırılması, ona hüquqi qiymət verilməsi, qərar barədə ictimaiyyətin və Müsavat Partiyasının məlumatlandırılmasına dair qətnamə qəbul edəsiniz.

Başqan:         Hacılı Arif Mustafa oğlu

 

 

(Bastainfo.com)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300