Almaniya hökumətinin bütün maneələrinə baxmayaraq, bu ölkədə yaşayan 40 min türk Köln şəhərində dövlət çevrilişi cəhdinə qarşı mitinq keçirib.

Avropa.info xəbər verir ki, Kölndəki  "Deutzer Werft" meydanında  keçrilən mitinqdə çıxış edənlər dövlət çevrilişi cəhdinə qarşı çıxıblar. Lakin, mitinq zamanı  rəsmi Almaniyanın  müəyyən menəçiliklər  etdiyi üzə çıxıb. Belə ki, Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın da videokonfrans  vasitəsi ilə mitinqə qatılması gözlənilsə də, Almaniya  Konstitusiya Məhkəməsi buna icazə verməyib.
 
Mitinqin sonunda Ərdoğanın müraciəti oxunub.

Türkiyə hakimiyyəti Almaniya məhkəməsinin bu qərarına etiraz edib. Prezidentin müşaviri İbrahim Kalın Ərdoğanın videokonfrans yolu ilə mitinqə qatılmasının əngəllənməsini qəbuledilməz adlandırıb.

"Təhlükəsizlik tədbiri  mitinqinə qarşı deyil, təxribatçılara qarşı edilməlidir . Cənab Rəcəb Tayyib Ərdoğanın mesajının  Almaniya  məhkəməsi tərəfindən əngəllənməsinin gerçək səbəbini narahat edir. Keçmişlərdə separatçı terror təşkilatının (PKK nəzərdə  tutulur:red)  Almaniya küçələrində 
göstərdiyi tamaşalara səssiz qalan hökumətin, çevrilişə qarşı təşkil edilən mitinqə maneəçilik törətməsi qəbul edilə bilməz" deyə Kalın qeyd edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300