İŞİD komandirləri ailələri ilə birlikdə İraqın Mosul şəhərindən Suriyaya qaçır.
Musavat.com xəbər verir ki, bu barədə İraqın müdafiə naziri Xaled əl-Obeydi Əl İraqiya telekanalına verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, İŞİD üzvlərinin bəziləri İraq Kürdüstanı regionuna daxil olmağa çalışıb. Obeydi bildirib ki, bu məlumatları şəxsi və kəşfiyyat mənbələrindən əldə edib.