Yəqin ki, çoxlarınız wifi mövzusunda problemlərlə üzləşirsiniz. Əsas problemlərdən biri də qonşunuzun sizin wifi şifrənizi sındıraraq, internetdən pulsuz faydalanmasıdır. Son zamanlar "dumper" və bu tipli proqramlar vasitəsilə belə hallar xeyli artıb və bu şikayətləri bərabərində gətirir. Sizdən xəbərsiz bəlkədə indiki halda qonşunuz sizin internetdən istifadə edir və sizin bundan xəbəriniz yoxdur! Əlavə əsəb, əlavə ödəniş, sürət azlığı heç kimə lazım deyil. Bu məqsədlə bugün sizə bu problemin aradan qaldırılması yolun izah edəcəyik.

Bu addımları ataraq, internetinizi qoruyun:

1-ci addım: http://192.168.1.1/login_security.html linkinə daxil olursunuz.

2-ci addım: açılan pəncərədə username və password xanalarına (hər iki xanaya)  "admin" yazırsınız.

qeyd: əgər admin username və password-u vasitəsilə daxil ola bilmədinizsə, modeminizi sazlayan şəxslə, yaxud provayderlə əlaqə saxlayıb məlumat əldə edin. (username və password-u öyrənin)
3-cü addım: daha sonra açılan pəncərədə "interface setup" panelinə daxil olun.

4-cü addım: açılan menudan "wireless" bölməsinə daxil oluruq.
5-ci addım: "use wps" seçimində "no" edirik.

6-cı addım: daha sonra aşağıda "Pre-shared key" seçimindən istifadə etməklə wifi-nin parolun dəyişirik.

7-ci addım: və bütün bu məlumatları yadda saxlamaq üçün aşağıda "save" düyməsinə klikleyirik.

Beləliklə, sizin interneti sürətinizi zəiflədən insanlardan azad olursunuz. (technote.az)

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300