britan turkiye sefir mur

Böyük Britaniyanın Türkiyәdәki sәfiri Richard Moore 15 iyun qiyam cәhdi ilә әlaqәli olaraq Hürriyәt qәzetinә verdiyi açıqlamada "Hökumәtin bu qiyam cәhdindә Gülәnçilәrin yer aldığına dair açıqlamalarını qәbul etmәkdә çәtinlik çәkmirәm” deyib. Britaniyanın Ankara sәfiri Richard Moore türk xalqının küçәlәrә çıxaraq 15 iyun qiyam cәhdinin qarşısını almasını vә ardınca bütün siyasi partiyaların bir araya gәlәrәk sivil iradәyә sahib çıxmalarını, "Türkiyә demokratiyası öz yetәrliliyini isbat etmişdir” sözlәri ilә dәyәrlәndirdi. "Hökumәtin bu qiyam cәhdindә Gülәnçilәrin yer aldığına dair ilkin açıqlamalarını qәbul etmәkdә bir çәtinlik yaşamıram”, deyәn Moore Gülәnçilәrin İngiltәrәdәki fәaliyyәtlәrinә dair sübutlara әsaslanan mәlumatların tәqdim edilәcәyi tәqdirdә tәrәddüd etmәdәn işbirliyi içindә olacaqlarını qeyd etdi. Richard Moore Hürriyәt qәzetinin aşağıdakı suallarını cavablandırıb:

– Sizcә o gecә qırılma nöqtәsi nә idi?

Mәncә o gecә böyük tәsir buraxan hadisә – bu bütün gecәnin açar anı idi – Ölkә prezidentinin iphone vasitәsi ilә CNN Türk kanalına qoşulub, o reportajı hәyata keçirә bilmәsi idi.
Mәncә dönüş nöqtәsi bu idi. Sonradan baş verәnlәr dә sübut etdi ki, dönüş nöqtәsi bu idi. Çünki qiyam cәhdi prezidentin insanları küçәlәrә çağırması vә insanların küçәlәrә çıxması ilә uğursuzluğa düçar oldu. Mәnim üçün bu Türkiyә demokratiyasının yetәrliliyini isbat etmәsinin göstәricisi idi. Eyni zamanda dörd partiyanın qiyam cәhdini qınamaq üçün bir araya gәlmәsi dә Türkiyә demokratiyası adına önәmli bir hadisәdir. Tәbii ki, cәsarәtlә küçәlәrә çıxan vә bir çox canlı itki verәn xalq. Bütün bunlar son illәrdә qütblәşmә, hökumәt-müxalifәt arasındakı ciddi çәkişmә vә çeşidli çәtinliklәr yaşayan bu ölkәnin bәlli bir mәrhәlәsinә çatdığını göstәrir. Mәncә bu hadisәdәn çıxan әn böyük ümid qaynağı da budur.

– Hökumәt Fәtullah Gülәn qrupunu işarә etdi. Nә düşünürsünüz?

Qanuni müddәt irәlilәdikcә daha aydın görüb, daha yaxşı anlayacağıq. Hökumәtin bu qiyam cәhdindә Gülәnçilәrim yer aldığına dair açıqlamalarını qәbul etmәkdә çәtinlik çәkmirәm. Bu ana qәdәr ortaya çıxan sübutlar, tutulan bәzi hәrbçilәrin ifadәlәri, qәrәrgah rәisinin Fәtullah Gülәnlә danışdırılmaq istәnilmәsi әtraflı şәkildә baxıldığında mәnә xeyli inandırıcı bir vәziyyәt kimi görünür. Yenә tәbii ki, gәlәcәk hәftәlәrdә daha çox sübut çıxacaqdır. O üzdәn indidәn mühakimә qәrarına gәlmәk istәmirәm.

– Hökumәtin artan sayda tәmizliyә getmәsinә nәzarәt müddәtini uzatmasına, qәzetçilәrin nәzarәtә alınmasına qayğılanırsınız?

Tәbii, hәr hansı bir insana qarşı bir prossedur başladılanda bunun ölçülü vә hüquq qaydaları daxilindә olması lazımdır. Türkiyә beynәlxalq öhdәliklәrini yerinә yetirmәlidir. Hökumәt әmәliyyatları da bu öhdәliklәrә uyğun şәkildә hәyata keçirәcәyinә dair bizә zәmanәt verib. Keçmiş aylarda vә illәrdә pislәşәn ifadә azadlığı sahәsindәki qayğılarımızı da çatdırdıq. Bu qayğılarımız hәlә dә qalır. Ümid edirәm ki, prokurorlar bu müddәti irәli apararkәn qiyama qarışmamış vә ya dövlәt içinә dağıdıcı güc olaraq sızmamış insanların bir an öncә normal hәyatlarına geri dönmәlәrini tәmin edәcәklәr.

– Gülәn hәrәkatının İngiltәrәdәki qolları vә fәaliyyәtlәri haqqında Türkiyәdәn bir müraciәt gәldimi? Gәlәrsә reaksiyanız necә olacaq?

Tәbii ki, Türkiyәdәn gәlәcәk hәr hansı bir müraciәti ciddiyәtlә әlә alacağıq. Hazırda bir müraciәt gәlmәyib, amma gәlәcәyindәn әminәm. Bu sahәdә açıq әlamәtlәr var. Baş Tәhlükәsizlik İdarәsinә başsağlığı vermәk üçün gedәndә cәnab İdarә rәisi Londondakı Gülәnçilәrin vәziyyәtini diqqәtimә çatdırdı. Mәn dә cavab olaraq bu sahәni ciddi şәkildә nәzarәtә alacağımızı bildirdim. Gülәn hәrәkatı ilә әlaqәli qurumların qanundan kәnar fәaliyyәtlәrlә mәşğul olmaları, demokratik qurumları devirmәk istiqamәtindәki cәhdlәrinin ortaya çıxarılması istiqamәtindә bizimlә işlәmәk istәnilәrsә, o zaman tәbii ki, tәrәddüdsüz iş birliyi edәrik.

– Türk ordusundan minlәrlә tәxliyyә oldu. Yüzlәrlә general xaric edildi. Bir NATO üzvü olaraq TSQ-nın zәiflәdiyini düşünürsünüz?

Baxın, ordu daxilindәki bir çeşid ünsürlәrim işin içinә qarışdıqları bir qiyam cәhdindәn Türk ordusunun heç tәsirlәnmәdәn çıxması mümkün deyil. Ünsürlәrin işin içinә qarışdıqları qiyam cәhdindәn Türkiyә ordusunun heç tәsirlәnmәdәn çıxması mümkün deyildi. İkinci böyük ordu olaraq Türkiyә Silahlı Qüvvәlәri 1952-ci ildә bu yana NATO-nun hәll edici zamanlarda ortaqlarından biri olub.
Bu üzdәn ittifaq daxilindә güclü türk orsusuna gәrәk var.

– Qiyamın arxasında xarici güclәrin olduğu tez-tez ifadә edilir. İngiltәrә bu işin içindәdir?

Xeyr, dәqiqliklә bildirirәm ki, yoxuq. Bu arada ABŞ da yoxdur. Bunlar çox mәnasız fikirlәrdir. Qiyam cәhdinin ardınca bәzi yayımların hәm bilgisizcә, hәm dә yaxşı istiqamәtdә olmadığını söylәmәliyәm. Bu bәzi Qәrb mediası pәncәrәsindәn dә elәdir, amma demәliyәm ki, bәzi türk mediası tәrәfindәn dә elәdir. Әfqanıstandakı bәzi Amerikalı generallarla әlaqәli yazılan xәbәrlәri göstәrmәk olar. Bunlar çox mәnasız vә eyni zamanda zәrәr vericidir.

– Boris Consonun Xarici İşlәr Naziri postuna gәtirilmәsi Türkiyәdә şübhә ilә qarşılandı. Nazir nә zaman Türkiyәyә gәlәcәk?

Bilmirәm, amma qısa zamanda, böyük ehtimalla payızda gәlәcәk. Referendum zamanı Türkiyә haqqında söylәnilәn fikirlәrin hәm әfalәtli olmadığını, hәm dә mәlumatsızca olduğunu düşünürәm. Ancaq Türk liderlәr dә bizә bu mövzuların keçmişdә qaldığını bildirdilәr. Bizim Xarici İşlәr Nazirimiz üçün Türkiyә ilә münasibәtlәr çox böyük mәna daşıyır. Türkiyәdә tanınmış türk diplomatlarının da daxil olduğu qohumları var. Deyә bilәrsiniz ki, dünyada yarı türk olan neçә xarici işlәr naziri var? Mәncә bu Türkiyә ilә yaxınlaşmaq üçün yeni bir perpektiv vәd edir.

– Türkiyә Qәrbdәn yetәrincә dәstәk ala bilmәdiyindәn şikayәt edir. Sizcә bu doğrudur?

AB nazirimiz Alan Duncan qiyam cәhdindәn sadәcә bir neçә gün sonra, 20-21 iyulda Ankarada idi. Gәlmәsini dә mәn istәdim. Çünki simvolik bir göstәriş etmәk lazım idi. Nazir Duncan tәyyarәdәn enәn kimi bir başa parlamentә getdi. "Baxın, mәn bombalanan parlamentә gәldim, mәn burdayam” dedi. Onu da xatırladım ki, İngiltәrә parlamenti sonuncu dәfә Hitler tәrәfindәn bombalanıb.

(azadliq.info)


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300