Referendumla bağlı müxalifətin əməkdaşlıq mərkəzi yaranacaqmı?Sentyabrın 26-na təyin olunan referenduma münasibət bildirən müxalif qüvvələrin əksəriyəti  Konstitusiyaya təklif edilən əlavə və düzəlişlərin ölkədə monarxiya rejiminin möhkəmlənməsinə yönəldiyi bəyan ediblər.  

Müsavat Partiyası, AXCP, Real, MSDM və Nida Vətəndaş Hərəkatları ilə yanaşı, KXCP, Ümid Partiyası, D 18 təşkilatı da səsverməyə çıxarılan referendum aktının qəbul olunmasına qarşı olduqlarını bildiriblər.

Seçki Məcəlləsi siyasi partiyalara və vətəndaşlara ölkədə keçirilən referendumla bağlı təbliğat və ya anti-təbliğat aparmaq üçün təşviqat qrupu yaratmaq hüququ verir. Bəs müxalifət hakimiyyətin Konstitusiyanı yenidən dəyişdirmək istəyinin qarşısını almaq üçün hansı addımları atacaq?

Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının dünən keçirdiyi toplantısında referendumla bağlı təşəbbüs qrupunun yaradılması haqqında qərar qəbul olunub. Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, Konstitusiyanın daha da mürtəceləşdirilməsinin qarşısını almaq üçün Müsavat Partiyası bütün müstəvilərdə mübarizə aparacaq. "O cümlədən referndum üzrə təşəbbüs qrupu yaradaraq, hüquqi müstəvidə aktiv mübarizə aparmaq əzmindəyik”, – Elman Fəttah bildirib.

REAL Vətəndaş Hərəkatının rəhbərliyi də ayrıca təşviqat qrupu yaratmaq niyyətindədir.

MSDM referendum təşəbbüsünə demokratik qüvvələrin ilk reaksiyalarını və ictimai-siyasi qurumlar arasında məsləhətləşmələrin başlanmasını müsbət qiymətləndirərək, bu prosesə dəstək verməyə, cümhuriyyət dəyərlərini qorumaq uğrunda mübarizədə bilavasitə iştirak etməyə hazır olduğunu bəyan edib.

NİDA Vətəndaş Hərəkatı  təşviqat qrupu yaratmasa da, belə qrup yaradan təşkilatlara dəstək verəcəyi ehtimal olunur. D 18 təşkilatının da təqribən bu mövqedə olduğu bildirilir.

Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, müxalifətin antireferendum təşviqat qrupu yaratması müzakirə olunur. Hələlik dəqiq nəticə yoxdur.

AXCP təşviqat qrupu yaratmır. Milli Şura bəyanat verərək xalqı referenduma etiraz etməyə çağırıb.

Bəs müxalifət Konstitusiyanın dəyişdirilməsinə qarşı birgə mübarizə aparacaqmı?

Müsavat başqanı Arif Hacılı dünən partiyada keçirilən növbədənkənar toplantıda bildirib ki, siyasi təşkilatlarla bu istiqamətdə intensiv danışıqlar aparılır. Arif Hacılı AXCP, REAL, NİDA, D18 və digər təşkilatlarının rəhbərləri ilə görüşdüyünü bildirib. Onun sözlərindən məlum olur ki, hələlik vahid təşəbbüs qrupu və əməkdaşkıq mərkəzinin yaradılması mümkün olmayıb.

Arif Hacılı bildirib ki, müxalifətin referendumla bağlı mümkün olan ən geniş əməkdaşlıq mərkəzinin yaradılması istiqamətində səylər davam edir.

bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300