Sürücü şəkil çəkərkən maşınla birgə dağdan çaya düşdü
 
Bakı şəhər sakini Qubada qəribə yol qəzasına uğrayıb.

"Report"un xəbər verir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Qəhrəmanov Ramin İsmayıl oğlu "10-TD-057" dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobilində ikən şəkil çəkmək istəyib və bu zaman maşını ilə birgə dağdan təqribən 200 metr aşağı yuvarlanaraq çaya düşüb.

Hadisə Quba-Xınalıq yolunun 31-ci km-də baş verib. Hadisə yerinə "QAZ-66" markalı avtomobil cəlb olunub və avtomobil tros vasitəsi ilə çaydan çıxarılıb.

Sürücü üz nahiyəsindən yüngül xəsarət alıb. Hadisə yerinə Quba Rayon Polis şöbəsinin əməkdaşları gəlib və maşın polis şöbəsindəki duracağa aparılıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300