xaledddd

Fərəcov İsgəndərova "qalib” gəldi

Xəbər verdiyimiz kimi, bu günlərdə Novxanı, Fatmayı və Goradil kəndlərinin Sumqayıtın inzibatı ərazisinə verilib. Bu verilmənin ilginc səbəbi olub.  Belə ki, iki ay əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun göstərişi ilə Novxanı ərazisindəki "Sumqayıt” işarəsi sökülüb. Söküntü prosesinə birbaşa Binəqədi rayon İcra Hakimiyyəti başçısıinin 1-ci müavini İlqar Süleymanov rəhbərlik edib. Məsələdən xəbər tutan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hadisə yerinə polis qüvvələrini cəlb edib.

Əlbəyaxa döyüş səhnəsini xatırladan olay zamanı Binəqədi rayon icra başçısınin 1-ci müavini İlqar Süleymanov və təsərrüfat şöbəsinin müdiri Elşad Rəhimov həbs ediliblər. Hər iki şəxs 1 sutkadan artıq polis bölməsində saxlanılıblar. İş o həddə çatıb ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçıcı Zakir Fərəcov binəqədili həmkarının özbaşına qərarından qəzəblənərək "hadisə yerinə Xaləddin İsgəndərov gəlsə belə, onun özünü də həbs edin” əmrini verib. Başçılar arasındakı  bu "razborka” bir neçə gün əvvəl Binəqədinin inzibati ərazisi sayılan Novxanı, Goradil və Fatmayı kəndlərinin alınaraq Sumqayıta birləşdirilməsi ilə başa çatıb. (gununsesi.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300