İranda azərbaycanlılar yenidən etirazlara başladı - şəkillər (VIDEO)

 

Onlarla həbs olunanlar var


 

Bu gün Bakı vaxtı ilə saat 19:30-dan etibarən Güney Azərbaycanın çoxlu
sayda şəhərlərində kütləvi etirazlara başlanılıb. 

 Təbriz, Tehran, Urmiya, Xoy, Ərdəbil, Marağa, Əhər, Qoşaçay kimi böyük şəhərlərdə
azərbaycanlı soydaşlarımız əllərində "Biz istəyirik diri qalaq", "Mən türkəm" və digər
yazılı plakatlar tutaraq "Haray, haray, mən türkəm", "Ölüm olsun faşizmə",
"Azərbaycan milləti, çəkənməz bu zilləti"  kimi şüarlar səsləndirib, etiraz mitinqləri
keçirirlər. Etirazlara səbəb bu günlərdə İranın "Tərh-i No” qəzetində türklər təhqir
olunaraq bədbəxt, kişiliyə layiq olmayan birisi kimi təqdim olunmasıdır. Sosial
şəbəkələrdə yayılan məlumatlara görə artıq onlarla azərbaycanlı fəal polis qüvvələri
tərəfindən saxlanılıb. Onların arasında "Traxtur" futbol komandasının lideri
Əli Hedayəti, həmçinin Marağadan Murtaza Əşrəfi, Urmiyadan Mehdi Hacızadə,
 Ərdəbildən Məhəmməd Corani, Əhməd Məhəmmədzadə,  Hüseyn Balaxani, Xoydan
Səlman Əraqi və digərlərinin olduğu bildirilir. 

Xatırladaq ki, bu günlərdə İranın "Tərh-i No” qəzetində türklər təhqir olunaraq bədbəxt,
kişiliyə layiq olmayan birisi kimi təqdim olunub. Təəssüf doğuran daha bir məqam
ondan ibarətdir ki, adıçəkilən qəzet azərbaycanlıların mənəvi paytaxı hesab edilən
Təbrizdə dərc edilir, rəhbəri Amir Əlizadə və məqalənin müəllifi Süleyman Əfşar Tikabi
əslən azərbaycanlıdır. Yazı dərc olunduğu andan kütləvi etirazlara səbəb olub.
Olayın ardından isə bir müddət bundan öncə türkləri təhqir etməklə kütləvi etirazlara,
çoxlu sayda azərbaycanlı fəalların həbsinə səbəb olan  "Fitilə” verilişinin üzvlərinin
mükafatlandırılması narazı kütlənin qəzəbini daha da artırıb, hiddətləndirib. Nəticədə
iyulun 26-da  bununla bağlı Cənubi Azərbaycanın Urmiya və Təbriz şəhərlərində
kütləvi etiraz aksiyaları keçirilib, şüarlar səsləndirilmişdi. Təkcə həmin aksiyalarda
20-dən çox fəalın saxlanıldığı, onların arasında qadınların da olduğu bildirilir. 

Xalidə Gəray 
Musavat.com

 
 
 






Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300