İyulun 28-də Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib. İclasda ömürlük məhbusların saxlanma şəraiti, bəzi məhbusların müraciəti və digər məsələlərlə bağlı müzakirələr aparılıb. 

Komitədən musavat.com-a daxil olan məlumata görə, iclasda iştirak edən tanınmış vəkil Elçin Qəmbərov Müdafiə Komitəsinin işinə hər cür kömək etməyə hazır olduğunu bildirib. Müdafiə Komitəsinin rəhbəri, QAT sədri Akif Nağı mətbuat üçün açıqlamasında qeyd edib ki, ömürlük məhbusların işi ilə tanış olduqca, onlara qarşı böyük haqsızlıqların yer aldığı üzə çıxır: "Çoxlu sayda qanun pozuntuları olub, obyektiv araşdırmalar aparılmayıb, insanlara heç bir ciddi əsas olmadan ömürlük həbs cəzası verilib, çox vaxt subyektiv amillər üstünlük təşkil edib. Hətta hər hansı cinayətdə ümumiyyətlə iştirak etməyənlər də ən ağır cəzaya, ömürlük həbs cəzasına məruz qalıblar. Bu ədalətsizliklər aradan qaldırılmalıdır. Biz bir daha vurğulayırıq ki, bizim problemləri kənardan hansısa beynəlxalq qurum deyil, özümüz həll etməliyik. Ona görə də biz haqq-ədaləti daxildə axtarırıq, bu məqsədlə millət vəkli Mehriban Əliyevaya, Ədliyyə naziri Fikrət Məmmədova müraciətlər etmişik, amma hələ heç bir cavab almamışıq. Qaldırdığımız problemlərə reaksiya verilmir, əksinə ömürlük məhbuslara daha amansız davranılır, onlara işgəncələr verilir, məhbusların etibarnamə vermələrinə süni əngəllər yaradılır, vəkilləri ilə görüşmələrinə imkan verilmir”. 

A.Nağı bildirib ki, etiraz aksiyalarına başlamağı planlaşdırırlar: "Biz hələlik məktublarımıza cavab gözləyirik, əgər cavab verilməsə, tədbirlər görülməsə, dövlət başçısına müraciət edəcəyik. Bu müaciətimiz də nəticəsiz qalsa, ömürlük məhbusların saxlanıldıqları Qobustan həbsxanasının qarşısında etiraz aksiyalarına başlayacağıq. Biz insanlara bu cür zülm edilməsinə, onlara qarşı haqsızlıqlara dözə bilmərik. Onu da qeyd etməliyik ki, məhbusların xeyli hissəsi Qarabağ müharibəsində savaşıb, sağlamlıqlarını itiriblər”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300