Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdindən sonra yaxalanan bir çox
yüksək çinli Fətullahçı Terror Təşkilatı (FETÖ) əməkdaşlarının
üzərindən 1 dollarlıq əskinaslar çıxdı.


"KURTLAR VADİSİ"NDƏ TAPINAKÇILARIN 1 DOLLARI
 
FaktXəbər-in məlumatına görə, FETÖ-çuların üzərilərində və
evlərində olan bu əskinaslar "Kurtlar Vadisi Pusu"nun 2 il
əvvəl yayımlanmış 202-ci bölümündəki 1 dollar səhnəsini göz
 
önünə gətirir.
 
Sözügedən səhnədə Cahit və Poladın bacısı Safiyə bir
tapınakçıya aid, digərlərindən fərqli, xüsusi 1 dollar tapmışdı.
Safiyə bu əskinası xaricdən çox etibar etdiyi müəlliminə
internet vasitəsi ilə göstərmiş və şifrəsini açmağa çalışmışdı.

 

ƏSKİNASIN ÜZƏRİNDƏKİ YAZILAR VƏ RƏQƏMLƏRDƏ
SEHRLİ ŞİFRƏ
 
Əskinasın üzərindəki yazılar və rəqəmlərdən yola çıxan
Safiyə, kompüterin internet axtarış bölməsinə bu şifrə ilə
daxil olaraq, sözügedən tapınakçıya aid bir səhifəyə daxil
olmuşdu. Ancaq o səhifədə da qarşısına ayrı bir
şifrələmə sistemi çıxmışdı. Ssenariyə görə, Tapınakçılar
bu sistem vasitəsilə qeydlərini saxlayır və sistemi
xəbərləşmə vasitəsi kimi istifadə edirdilər.

 

FETÖ-çulardakı 1 DOLARLAR
 
General rütbəli olanlar, o cümlədən Türkiyə Silahlı
Qüvvələrindəki bir çox FETÖ-çu zabitlərin üzərində
olan 1 dollarların təşkilat daxilində bir parol və ya şəxsiyyət
vəsiqəsi kimi istifadə edildiyi bildirilir.
 
Ancaq FETÖ-çularn 1 dolarlarının paroldan başqa, fərqli
bir elektron sistemə giriş açarı, ya da xəbərləşmə vasitəsi
kimi istifadə edib-etmədikləri hələlik məlum deyil.(Faktxeber.az)
 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300