Gürcüstanın müdafiə naziri istefa verib
 
Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli özünün istəyi ilə tutduğu vəzifədən uzaqlaşması barədə ölkənin baş nazirinə müraciət ünvanlayıb.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, o, müraciətində avqustun 1-dən etibarən vəsifəsindən azad olunmağını xahiş edib. Bu barədə Müdafiə Nazirliyinin KİV-lə Əlaqələr Xidmətinin rəhbəri Tamuna Kaçitadze məlumat verib. Hökumət başçısının müraciətə münasibəti barədə hələlik informasiya verilmir.

Tinatin Xidaşeli bir müddət əvvələ qədər hakim "Gürcü arzusu” koalisiyasının tərkibində olan Respublikaçılar Partiyasının üzvüdür. Onun nazir vəzifəsindən uzaqlaşacağı halda fəaliyyət istiqamətinin nədən ibarət olacağı, payızda keçiriləcək parlament seçkilərində namizəd qismində iştirak edib etməyəcəyi məlum deyil.

Tinatin Xidaşelinin vəzifəsindən kənarlaşdırlacağı ilə bağlı fikirlər ötən ayın sonlarında xanım nazirin ölkədə məcburi hərbi xidmətin ləğv olunması ilə bağlı sərəncam imzalamasından sonra meydana gəlmişdi. T.Xidaşelinin hökumət, parlament və prezidentlə məsləhətləşmələr aparmadan belə bir qərar verməsi ölkə rəhbərliyinin narazılığı ilə qarşılanmışdı.

Xatırladaq ki, Gürcüstan tarixində ilk xanım müdafiə naziri olan Tinatin Xidaşeli 2015-ci il mayın 1-də prezident Giorgi Marqvelaşvili tərəfindən bu vəzifəyə təyin edilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300