Türkiyədə dövlət çevrilişinə cəhd edən "Yurtta Sulh Konseyi"nin bir nömrəli təşkilatçısının adı açıqlanıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, çevrilişin təşkilatçıları generallar Mehmet Partigöç, Erhan Caha, Faruk Bal, kontr-admiral İlhan Karasu və mayor Mustafa Şaban Gümüşiğne olub. General Mehmet Partigöçün isə bir nömrəli təşkilatçı olduğu qeyd olunur.
 

FETÖ-nün dövlət çevrilişinə cəhdini araşdıran Ankara Cümhuriyyət Prokurorluğu alınan ifadələri və dəlilləri qiymətləndirərək, çevrilişin iki nömrəli şəxsinin həbs olunan general Mehmet Dişli, üç nömrəli təşkilatçının isə həbs olunan general Metin İyidil olduğunu müəyyənləşdirib.
 

Eyni zamanda çevrilişə cəhdə görə həbs olunan general Cevat Yazgılı azad olunub. Onun çevrilişçi pilot Aydemir Taşçıya atəş açdığı və çevrilişə qarşı mübarizə apardığı məlum olub.
 

Qeyd edək ki, general Akın Öztürkün "Mən çevrilişçilərə qarşı mübarizə apardım" şəklində ifadəsinin doğru olub-olmadığı araşdırılır. Onun hərbi çevrilişin bir nömrəli şəxsi olduğu bildirilirdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300