Xəbər verildiyi kimi, iyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki "Araz” zavodunda partlayış baş verib. Partlayış nəticəsində rəsmi məlumatlara görə, 2 nəfər həlak olub. Yaralananlardan isə hazırda 3-nün müalicəsi davam etdirilir. 

Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 223.2 (Partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb, Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, digər zəruri prosesual hərəkətlər aparılıb.

Bundan başqa, ölkə başçısının sərəncamı ilə  hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Dövlət Komissiyası ta yaradılıb. 

İlkin qeyri-rəsmi iddialara görə, partlayışın baş verməsində görə zavod rəhbərliyinin məsuliyyəti araşdırılır. Artıq onlar barədə ciddi ölçü götürüləcəyinə dair müsbət ekspertlər tərəfindən müəyyən ehtimallar irəli sürülür. 

 "Qaynarinfo.Az"-ın əldə etdiyi məlumata görə, baş verən hadisə zavodun yerləşdiyi Şirvan şəhərinin icra başçısı Mərdan Camalovu da bitirə bilər. Həm də müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı olan M.Camalovun cəzalandırılması üçün səbəb kimi onun zavoda təyinatlarda əsas söz sahibi olması göstərilir. ""Araz” zavodunun rəhbərliyində kimlərin təmsil olunmasını, kimlərin hansı vəzifələri yerinə yetirilməsini qeyri-rəsmi şəkildə Yavər Camalovun qardaşı müəyyənləşdirir. Zavodda bütün təmir və tikinti işləri, həmçinin istehsal və satış işləri də məhz onun nəzarəti altında həyata keçirilir” deyə bildirilir.

Bütün bunları nəzərə aldıqda baş verən faciəli partlayışın həm də Mərdan Camalovun vəzifəsindən kənarlaşdırılması ilə yekunlaşması ehtimalı kifayət qədər ağlabatan görünür. 

Xatırladaq ki, 11 ildir Şirvan şəhərinə  rəhbərlik edən M.Camalov qardaşı kimi, geniş biznes imkanları ilə tanınır. Onun həm rəhbərlik etdiyi şəhərdə, həm də Bakıda şadlıq sarayları, restoranlar da daxil olmaqla xeyli obyekti var.  

Mərdan Camalov

Onu da maraq üçün deyək ki, "Araz” zavodu yalnız müdafiə təyinatlı məmulatların yaradılması, təkmilləşdirilməsi, istehsalı və ya rabitə avadanlığı üzrə çoxkanallı ötürmə sistemləri üzrə xətti trakt avadanlıqları istehsalı, texniki təyinatlı məhsulların və xalq istehlakı mallarının istehsalı ilə məşğul deyil.

Zavodda həmçinin xalq istehlakı və mülki təyinatlı məhsullar - park üçün oturacaqlar, park üçün dekorativ fənərlər, küçə işıq dirəkləri (8,5 m, 2,4 m), küçə və park üçün zibil qutuları, metal konstruksiyalar, avtomobil nəqliyyatlarının hərəkətini tənzimləyən işıqfor, diyircəklər, bucaqlıqlar, mebellər istehsal edilir və satışa çıxarılır... 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300