Vəkil Şəfiqə Nağıyevanın fəaliyyəti 6 ay müddətinə dayandırılıb.

Uluyol.info "Report"a istinadən xəbər verir ki, bu barədə vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib.

Onun sözlərinə görə, ötən gün VK-da keçirilən iclasda bu barədə qərar qəbul edilib:

"Bu ilin yanvarından Şəfiqə Nağıyeva ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə xeyli şikayətlər daxil olub. Bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyəti də onu dəfərlərlə iclaslara dəvət edib. Lakin Şəfiqə xanım iclaslara heç bir əsas göstərmədən qatılmadı. O, gəlməməsi ilə bağlı izahatlar da yazmadı.

Digər tərəfdən, o, işlədiyi hüquq məsləhətxanasında bir çox qanun pozuntularına yol verib. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarına əsasən, onun fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
Bundan başqa, iclasda vətəndaşların şikayəti ilə bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinin araşdırma səlahiyyəti olmadığı üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edilib. Bunu artıq Baş Prokurorluq araşdıracaq".

Qeyd edək ki, Ş.Nağıyeva bir vaxtlar mərhum xalq artisti İlhamə Quliyevanın vəkili olub. Son vaxtlar isə o, Zaur Baxşəliyevin "Bizimləsən" verilişində ekspert kimi tez-tez gündəmə gəlirdi.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300