Güney Azərbaycanın Təbriz və Urmiyə şəhərlərində "Tərh-i No” qəzetinin türkləri təhqir etməsinə qarşı etiraz aksiyası keçirilib.

 

Axar.az Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə istinadən xəbər verir ki, iyulun 26-da keçirilən aksiyalarda onlarla etirazçı təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Son məlumata görə, hələlik tutulan şəxslərdən yalnız ikisinin kimliyi müəyyənləşdirilib. Urmiyədə Huşəng Nəqilu və Təbrizdə Rüqəyyə Əlizadə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb.

 

Aksiyalarda "Haray, haray, mən türkəm”, "Azərbaycan milləti – Çəkməz bu zilləti” və s. kimi şüarlar səsləndirilib.

 

Xüsusi mənbələrdən əldə olunan informasiyalara görə, azərbaycanlı fəallar iyulun 28-də (mordadın 7-də) növbəti dəfə etiraz aksiyası keçirməyi planlaşdırır.

 

Xatırladaq ki, "Tərh-i No” qəzeti  iyulun 20-də Firdovsinin "Şahnamə” əsərindən bir hekayə nəşr edərək türkləri bədbəxt, irqi pis və s. kimi adlarla təqdim edib. Müəllif türklərlə yanaşı, qadınlara da hörmətsizlik göstərib. "Ey tanınmaz və bədbəxt türk, iranlı pəhləvanların qüdrətindən xəbərin varmı?! Biz turanlıları kişi kimi tanımırıq, onlar hamısı qadındırlar. Ey irqi pis olan türk, sən kişilərlə savaşmaq üçün yaranmayıbsan, get, qadınlar kimi əlinə pambıq və mil götür”, - qəzetdə dərc olunan yazının bir hissəsində qeyd olunub.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300