İnanclı məhbus ailələri konfrans keçirib
 
Bu gün siyasi və vicdan məhbusu kimi tanınan inanclı dustaq ailələri konfrans keçirib.
Musavat.com Cenubnews.com-a istinadən xəbər verir ki, konfransda həbsdə olan
ilahiyyatçıların və dindarların ailələri iştirak edib. Mövzu ətrafında çıxışlar olub.
Konfransda həmçinin, məhbuslardan bəhs edən videoçarx da nümayiş etdirilib. 

Tədbirin sonunda bəyanat qəbul edilib. Bəyanatda deyilir: "2011-ci ildən
bu günədək bir çox vicdan məhbusu haqsız olaraq hələ də dustaq həyatı
yaşamaqdadır. Onlar cəmiyyətdə mövcud olan ədalətsizliyi, ayrı-seçkiliyi,
məmur özbaşınalığını, haqsızlığı pisləyiblər. Bu haqsızlıqlar ölkəmizdə
dini inanclarla bağlı hər hansı qadağanın olmaması və ölkəmizin
tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası
dəyərlərə mühüm töhfələr verdiyi, 2016-cı ilin Azərbaycanda
"multikulturalizm ili” elan edildiyi bir halda yenə də davam edir. Biz bu
haqsızlığı məmurların özbaşınalığı və onlar tərəfindən Konstitusiyamıza
və qanunlarımıza bir hörmətsizlik kimi qiymətləndiririk. Bizim yaxınlarımız
da sırf bunlarla bağlı öz etirazlarını haqlı olaraq bildiriblər. Bu qədər
dindar ailə, məmur özbaşınalığı ucbatından illərlə əziyyət çəkməyə məhkum
edilirsə, heç bir tolerantlıq, vəhdət və vətənpərvərlik ruhiyyəsindən söhbət
gedə bilməz”.

Vicdan məhbuslarının ailələri və onları dəstəkləyən xanımlar sonda
əlaqədar qurumlardan öz hüquq və azadlıqlarını tələb etdiyinə görə
qondarma ittihamlarla tutularaq həbsə atılmış və beynəlxalq hüquq
təşkilatları tərəfindən siyasi və vicdan məhbusu kimi tanınmış bütün
inanclı şəxslərin və digər ictimai fəalların tezliklə azad olunmasını tələb
ediblər.

 



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300