Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Son Azərbaycan çempionu "Qarabağ” növbəti oyununa çıxıb.
Qurban Qurbanovun komandası Çexiyada "Viktoriya”nın qonağı olub. "Dusan Arena”da keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.