Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra Azərbaycanda da Fətullah Gülənin "Hizmət” hərəkatına qarşı müəyyən addımlar atıldı. "Qafqaz” Universiteti bağlandı, Fətullah Gülənin yayımlanmayan müsahibəsinə görə ANS-in fəaliyyəti dayandırıldı. İndi Türkiyədə fətullahçıların Azərbaycan ordusuna da "sıçramış ola biləcəyinə” dair ehtimalları gündəmə gətirməyə başlayıblar. 

Virtualaz.org xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə türkiyəli ekspert, superhaber.tv saytının yazarı Mete Yarar Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ordusuna təlim keçdiyini, azərbaycanlı hərbçilərin Türkiyə ali hərbi məktəbələrində təhsil aldığını nəzərə alaraq "potensial təhlükə” barədə xəbərdarlıq edib.

 

Mete Yarar bildirir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq çərçivəsində Türk Silahlı Qüvvələri Azərbaycan ordusuna təlim keçib. Hərbi personalın hazırlanması iki ölkə arasında hərbi əməkdaşlığın əsas komponentlərdən birini təşkil edib. "Həm Türkiyədə hərbi məktəblərdə, hərbi akademiyalarda təhsil alan azərbaycanlı zabitlər var, həm də Azərbaycandakı Ali Hərbi Məktəbdə dərs keçən, briqada komandiri, qərargah rəhbərliyi postlarını tutan Türk Silahlı Qüvvələri personalı var”-Mete Yarar superhaber.tv-yə bildirib. 

Ekspert deyib ki, hərbi çevriliş cəhdinə görə tutulan FETÖ-çülər ifadələrində təşkilat tərəfindən hərbi məktəblərə sızdırıldıqlarını etiraf ediblər. "Bu baxımdan bizim hərbi məktəblərə sızdığı bəlli olan virus Azərbaycan ordusuna da yoluxduruldumu? Türkiyədə 90-cı illərin sonlarında bu təşkilata bağlı zabitlər yetişdirilərkən Azərbaycanda da eyni şey ola bilərmi? Bu çevriliş cəhdi əcaba Azərbaycanda da yaşana bilərmi? Bu baxımdan Azərbaycan dövlətinin və ordusunun xəbərdar edilməsi yerində ola bilərmi?”-Mete Yarar sual edir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300