"Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan qadağa ilə bağlı  MTN naziri Mədət Quliyevlə görüşüb.Bu barədə ULUYOL.İNFOya cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.
 
"Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri əvəzi cənab Mədət Quliyev "Borçalı" İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlini bu gün qəbul etmişdir. Görüş Zəlimxan Məmmədlinin Gürcüstana girişinə qoyulan yasaq qərarı və bu qərarın qəbulunda Azərbaycan əlinin olması haqqında qeyri dəqiq məlumatlar və milli təhlükəsizliyimizlə bağlı digər məsələlərin aydınlaşdırılması xahişi ilə rəsmi müraciətindən sonra baş tutmuşdur. Qaldırılan problemlərlə bağlı Nazir operativ olaraq müvafiq strukturlara tapşırıqlar vermişdir. Zəlimxan Məmmədli bildirdi ki, cənab Nazir məni çox səmimi qəbul etdi və dinlədi. Qaldırılan məsələlərə anlayışla yanaşdı.
 
    MTN-nin əvvəlki rəhbərliyində təmsil olan insanların məsuliyyətsizliyi ucbatından yaranmış problemlərin, o cümlədən mənim haqqımda Gürcüstana giriş yasağı qərarının araşdırılması və hüququmun təmin olunası istiqamətində səlahiyyətləri çərçivəsində araşdırma aparıb, müvafiq addımlar atılacağını bildirdi. Cənab Nazir əvəzinin bu operativliyi və səmimiliyi deməyə əsas verdi ki, Milli Təhlükəsizlik orqanlarının son dövrlər zədələnmiş nüfuzu ən yaxın zamanda tam bərpa oluna bilər."deyə məlumatda bildirilir.
 
 
Elvin IBRAHIM
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300