Şirvan şəhər morquna iki meyit gətirildi
 
Şirvandakı "Araz" zavodunun saxlanc anbarında baş verən partlayşda həlak olduğu deyilən iki nəfərin yanmış meyiti Şirvan şəhər morquna gətirilib. 

Bu barədə Musavat.com-a hazırda Şirvan şəhərində olan əməkdaşımız Elşən Məmmədəliyev xəbər verib. 

Onun sözlərinə görə, əvvəlcə morqa meyiti gətirilən şəxslərin kimliyi barədə jurnalistlərə açıqlama verilməsə də, bir qədər sonra məlumat verilib ki, bunlar partlayış zamanı itkin düşdüyü bildirilən şəxslərdir. Onlardan biri qadın, digəri kişidir. İtkin düşən qadının adı Nuriyeva İlhamə Əsgər qızıdır, kişi isə zavodda 3 aydır sürücü işləyən Ağamir Allahyar oğlu Məmmədovdur. A.Məmmədovun 58 yaşı var.

A.Məmmədovun oğlu İlkin əməkdaşımıza bildirib ki, partlayan mərmilərdən biri onun atasının idarə etdiyi maşının damıına düşüb və damı əyib, ön şüşəni sındırıb. Ancaq maşında qan ləkələri olmadığından İlkin atasının sağ olduğuna ümid edir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300