kimlik-bilgilerini-de-feto-sizdirmis-h1460016292-da1a40

 

Rusiya Federal Məclisinin Alt Palatasının Duma Təhsil Komissiyasının başçısı Vyaçeslav Nikonov Gülən Şəbəkəsi ilə bağlı maraqlı açıqlama verib. Yenicag.az xəbər verir ki, "Rosiya 1” telekanalına müsahibə verən Nikonov ABŞ-ın Güləni Türkiyəyə təhvil verməyəcəyini bildirib.

"Gülən Mərkəzi Kəşfiyyat Təşkilatına (CIA) işləyir. Buna görə, ABŞ onu Türkiyəyə iadə etməz” deyən, rus rəsmisi  15 iyul çevriliş cəhdində Amerikan izi olduğunu da iddia edib.

"Gülənin CIA-ya xidmət etdiyini uzun illərdən bəri bilirik. Rusiya illərdən bəri bunu bilir və siyasətini də ona görə, qurur” deyən Nikonov  Putinlə Ərdoğanın barışmasını NATO-nun həzm etmədiyini də qeyd edib.

Türkiyədə çevriliş cəhdinin müzakirə edildiyi proqramda çıxış edən Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Ruslan Qurbanov isə "Gülənin ABŞ-da qalması üçün CIA-nın önəmli isimləri Paul Henze, Graham Fuller, ABŞ-ın Türkiyədəki sabiq səfiri Morton Abramoviç kimi şəxslər dəstək verdilər” deyib.

Qonaqlar Gülənin fəaliyyətinin Rusiyada illər öncədən qadağan olunduğuna da diqqət çəkiblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300