nazarbayev

İspaniyanın El Confidencia nəşri Qazaxıstan prezidenti Nazarbayevin ailəsi ilə bağlı araşdırma dərc edib. Yazıda prezidentin nəvəsi Nurali Əliyevin bu ölkədəki yaxtasından da söhbət açılıb.

"Panama sənədlərin”dən məlumdur ki, Nurali Əliyevin 24 metrlik yaxtası 2008-ci ildə 1,8 mln avroya alınıb. N.Əliyevin yaxtası onun sifarişi ilə Fars körfəzinə göndərilib. Yaxta yolda ciddi zədə aldığından sahibi əlavə 500 min avro da ödəməli olub. Bununla belə o yaxtadan istifadə edə bilməyib. Çenki ödənişlər vaxtında edilməyib və müqavilə pozulub.

Nazarbayevin nəvəsinin İspaniyaya həvəsli olması təsadüfi deyil.

Jurnalist araşdırmaları ilə məşğul olan Racó Catalá nəşrinin əməkdaşı Fransesk Pons bildirib ki, Qazaxıstan prezidentinin İspaniyanın keçmiş kralı I Xuan Karlosla dostluq münasibəti və bu ölkə ilə xeyli əlaqələri var.

Jurnalist danışıb ki, İspaniyanın şimal-şərgində, Lyoret-de –Mar şəhərində dənizin sahilində 18 hektar ərazidə Can Juncadella mülkü yerləşir. Son vaxtlara qədər bu mülki Nazarbayevin ailəsinə məxsus olduğu deyilirdi.

2013-cü ildə mülkin ərazisində yeni binanın tikintisi ilə bağlı qalmaqal olub. Yerli ekoloqlar qoruq zonasında binanın tikintisinin qanunsuz olduğunu iddia edirdi. İşə baxılan zaman Lyoret-de–Mar şəhərinin hakimi mülkin şəxsən Qazaxıstan prezidenti Nursultan Nazarbayevə məxsus olduğunu deyib.

azadliq.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300