Foto: Nazirlik dərmanların qiymətləri ilə bağlı vətəndaşlara müraciət etdi / Cəmiyyət

 

İqtisadiyyat və Sənaye Nazirliyi qiymətləri Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş dərman vasitələri ilə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərlə satışına nəzarət, habelə insanların həyat və sağlamlığına təhlükə yaradan malların satışının və süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlak bazarında müayinə, müşahidə, baxış və s. formalarda tədbirlərini davam etdirir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında neqativ halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədi ilə vətəndaş fəallığının artırılmasını, ictimai nəzarətin gücləndirilməsini, rast gəlinən qanun pozuntuları barədə dərhal aidiyyəti üzrə məlumat verilməsini vurğulamış, vətəndaş müraciətlərinə operativ və ədalətli baxılmasının təmin olunmasını dövlət orqanları qarşısında vəzifə kimi müəyyənləşdirmişdir”.

Bununla əlaqədar olaraq, İqtisadiyyat və Sənaye Nazirliyi vətəndaşlara dərman vasitələrinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətlərdən baha satılması, keyfiyyətsiz və insan sağlamlığına təhlükə törədə biləcək malların satışı, süni qiymət artımı hallarına rast gəldikdə bu təsərrüfat subyektləri (ünvanları göstərilməklə) barədə operativ tədbirlərin görülməsi üçün nazirliyin 195-2 Çağrı Mərkəzinə və ya nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (012) 498-15-01/04 nömrəli telefonlarla məlumat vermələrini tövsiyə edir.

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300