Dopinqlə bağlı ciddi nöqsanlara görə 387 idmançıdan ibarət Rusiya yığması tam heyətlə Rio-de-Janeyro Olimpiadasından kənarlaşdırılıb.

 

APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Britaniyanın "Daily Mail” nəşri məlumat yayıb.


Nəşrin məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanın həyata keçirdiyi "dövlət dopinq proqramına” görə ölkə yığmasının bütün heyətini cəzalandırmağa qərar verib.

 

Mənbənin məlumatına görə, BOK-da  Rusiyanı həmçinin Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından da kənarlaşdırmaq niyyətindədirlər.

 

"BOK bununla dopinqin bütün idmana ağır zərbə olduğunu nümayiş etdirmək istəyir”, - deyə mənbə bildirib.

 

Rusiya Olimpiya Komitəsi bundan əvvəl ölkə yığmasının tərkibinin təsdiqlənməsi üçün idmançıların tam siyahısını Rio-2016 Olimpiya Oyunlarının Təşkilat  Komitəsinə göndərib.

 

BOK İcraiyyə Komitəsi iyulun 24-də  Rusiya millisinin Rio-2016 Olimpiya Oyunlarında iştirakına dair qərar verəcək.

 

Rio-2016 Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək. 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300