Rusiya saxta səhifə və hesablarla Trump-ı necə dəstəkləyir?

Trump-ın seçilməsi Avropada sabitliyi necə poza bilər

«Washington Post» qəzetində Anne Applebaum-un köşə yazısı

Xaricilərin Amerikaya nəzarət etmək kimi məxfi planı olduqlarıyla bağlı fikirlər amerikalılar üçün yeni mövzu deyil. Çinlilərin Amerikada dövlət çevrilişi etmək planından bəhs edən 1962-ci ildə çəkilmiş «Mançriya namizədi» adlı filmini bəlkə də çoxları xatırlayır.

Ancaq indi 2016-cı ildir və yaşadıqlarımız heç də film deyil. Xarici ölkə diktatoru ilə birbaşa və dolayı əlaqələri olan bir nəfər Amerikada prezidentliyə namizəddir. Üstəlik də bu əlaqələr gizli deyil. Fransa Milli Cəbhəsi partiyasının lideriMarine Le Pen ruslardan necə açıq-aşkar maliyyə dəstəyi alırsa, Trump da Rusiya ilə əlaqələrini belə aşkar reklam edir. Qəribədir ki, buna görə heç nəyini risk atmır.

Rusiya və Azərbaycanın korrupsioner oliqarxları ilə nə işin var?

Bu cür vəziyyətdə Putin kimi diktatorlar bir daha heç vaxt yuxularını qarışdırmayacaq və gecələri rahat yatacaqlar.

Trump-ın Rusiya ilə biznes əlaqələrinin miqyası – Rusiya və Azərbaycandakı oliqarxlarla birgə layihələri, Moskvada «Kainat Gözəli» yarışması təşkil etməsi, Şimali Amerikadakı iri layihələrinə rus maliyyəsi cəlb etməsi – mediada geniş yayılıb. O, həmçinin normalda korrupsioner rus iş adamları ilə sıx əlaqələrinə görə Amerikanın siyasi həyatından uzaqlaşdırılmalı olan şəxsləri öz ətrafına toplayıb. Onun xarici siyasət üzrə köməkçisi Rusiya şirkətləri ilə, o cümlədən Gazprom-la uzunmüddətli əlaqələri olan Carter Page, seçki kampaniyası üzrə meneceri isə 2014-cü ildə devrilmiş rusiyapərəst prezident Viktor Yanukoviçin əlaltısı kimi uzun müddət Kiyevdə işləmiş və bu müddət ərzində saxta veb səhifələr və İnternet trollar üzrə ixtisaslaşmış Paul Manafort-dur.

Rusiyanın Trump-ın seçki kampaniyasında iştirakı şəksizdir. Bir neçə həftə öncə Demokratların Milli Komitəsindən materialların oğurlanması da rus hakerlərin işidir. Rusiyanın dövlət mediası və sosial şəbəkələri (Rusiya mənşəli saxta veb səhifələr və saxta Twitter hesablar vasitəsilə) Trump-ı fəal dəstəkləyirlər.

Trump seçilməsə belə, Rusiya artıq məqsədinə çatıb

Trump prezident seçilə bilməsə belə, onun namizədliyi sayəsində Rusiya artıq iki mühüm məqsədinə nail olub: Amerikanın «sabit demokratik ölkə» nüfuzuna xələl gətirməklə, onun mənəvi təsir imkanını azaltmaq və müttəfiqləri ilə münasibətlərini korlamaqla, gücünü zəiflətmək. Bu məqsədlə Rusiyanın dövlət televiziyasında səsləndirilən arqumentləri Trump sözbəsöz təkrar edir. Respublikaçılar Partiyasının seçki platformasından «Ukraynanı dəstəkləmək» fikrinin çıxarılması, yaxud «New York Times»-a müsahibəsində Trump-ın «Birləşmiş Ştatların xaricdə demokratiyaya sahib çıxması vacib deyil, Amerika öz işi ilə məşğul olmalıdır» kimi ifadələr işlətməsi buna nümunədir. Elə həmin müsahibədə Trump NATO-nun əsas qayəsini də şübhə altına almışdı: «Rusiya ABŞ-ın müttəfiqlərindən hansınasa hücum etsə, ABŞ həmin müttəfiqini müdafiə etməzdən öncə bir düşünməlidir».

 

Trump-ın seçilməsiylə diktatorlar rahat yata biləcəklər

Rusiyanın dövlət mediası və sosial şəbəkələri (Rusiya mənşəli saxta veb səhifələr və saxta Twitter hesablar vasitəsilə) Trump-ı fəal dəstəkləyirlər.

Amerika dəyərlərinə inanan və onun təhlükəsizlik təminatına bel bağlayan avropalılar üçün Trump-ın bu sözlərinin nə anlama gəldiyini təsəvvür etmək çətin deyil. Əgər NATO Rusiya üçün çəkindiricilik xarakterini itirsə, Moskvanın hərbi və siyasi vasitələrdən istifadə etməklə Avropa dövlətlərində sabitliyi pozmasının qarşısını heç nə ala bilməyəcək. Birləşmiş Ştatlar demokratiya carçısı olan bir dövlətdən öz daxili işi ilə məşğul olan bir ölkəyə çevrilsə, o, başqaları üçün ilham mənbəyi ola bilməyəcək. Bu cür vəziyyətdə Putin kimi diktatorlar bir daha heç vaxt yuxularını qarışdırmayacaq və gecələri rahat yatacaqlar.(azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300