"Real"ın futbolçusu Kriştiano Ronaldo UEFA superkubokunda "Sevilya"ya qarşı oyunda iştirak etməyəcəyi dəqiqləşib.
Qol.az-ın "AS" qəzetinə istinadən yaydığı xəbərə görə, bu barədə portuqaliyalı hücumçu özü məlumat verib:
"Sevilya"ya qarşı oynamayacam. Çünki avqustun 10-dan məşqlərə başlayacam".
Qeyd edək ki, "Real" - "Sevilya" görüşü avqustun 9-u keçiriləcək.
Xatırladaq ki, K.Ronaldo Portuqaliya millisi ilə "Avro-2016"nın finalında Fransaya qarşı oyunda zədələnib.