''Traktorsazı'' matçlarının türklərin yaşadığı vilayətlərdə yayımlanması istəyir
 
Təbrizin "Traktorsazı” futbol klubunun prezidenti Mustafa Acurlu komandanın oyunlarının sadəcə Şərqi Azərbaycanda deyil, türklərin yaşadığı digər vilayətlərdə də canlı olaraq yayımlanmasını tələb edib.

İranda idman xəbərləri yayan Tarafdari internet portalına istinadən, Acurlu Şərqi Azərbaycan Radio və Televiziya Təşkilatının sədri Möhsün Lətifi ilə görüşdə bu tələbi gündəmə gətirib.

Portalda yazılanlara görə, "klubun prezidenti 16-cı dövr İran Pro-Liqası oyunlarında "Traktorsazı" matçlarınn digər türk vilayətləri, o cümlədən Qərbi Azərbaycan, Ərdəbil və Zəncanda da canlı yayımlanmasını istəyib”

"Televiziya təşkilatının sədri hazırda bunun həyata keçirilməsi üçün çalışır. Türklərin yaşadığı vilayətlərdə "Traktorsazı" tərəfdarları sevdikləri komandanın oyunlarını canlı izləyə bilmədikləri üçün hər zaman etiraz bildiriblər,” deyə Tarafdari saytının xəbərində qeyd edilib ("Amerikanın səsi").

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300