Avropa Liqası ilə vidalaşan "Neftçi" Bakıda "isti" qarşılanıb. Bakı klubunun 50-yə yaxın azarkeşi onlarla elə hava limanındaca haqq-hesab çəkmək istəyib.

Uluyol.info Futbolinfo.az-a istinadən xəbər verir ki, "Neftçi" azarkeşləri sosial şəbəkələrdəki səhifələrində komandanı boykot etmək, rəhbərlikdən hesabat tələb etmək üçün aksiyaya hazırlaşdıqlarını bildirmişdi. Fanatlar birləşərək komandanı hava limanında qarşılamaq niyyətində idi.

Bu çağırışa müxtəlif fan-klubların üzvləri səs verib və 50-yə yaxın azarkeş az öncə Binə hava limanında komandanı qarşılayıb. Baş məşqçi Vəli Qasımovu, eləcə də klubun Müşahidə Şurasını istefaya səsləyən fanatlarla komanda arasında gərgin anlar yaşanıb.

Müşahidə Şurasının üzvü Səməd Qurbanovla söhbətdən sonra fanatlar Qasımovdan hesabat tələb edib. Baş məşqçi uzun söhbətdən sonra azarkeşlərdən nə təklif etdiklərini soruşub, onlar isə Vəli bəyə "yaxşı futbolçu olmusan, amma məşqçilik sənlik deyil, çıx, get" deyə müraciət ediblər. İcraçı direktorun müavini Mübariz Xudiyevlə söhbət isə daha gərgin alınıb və az qala əlbəyaxaya çevriləcəkmiş. "Neftçi" əməkdaşlarının və fan-klubun daha sülhsevər üzvlərinin müdaxiləsindən sonra insidentin böyüməsinin qarşısı alınıb.

Fanatları oradan uzaqlaşdırmaq istəyəndə isə azarkeşlər oturaq aksiyaya başlayıb, tələbləri yerinə yetirilməyincə avtobusun qarşısından çəkilməyəcəklərini bildiriblər. Amma istənilən halda aranı sakitləşdirmək mümkün olub və komandanı gətirən avtobus hava limanını tərk edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300