azadliqqazeti

"Bütün çətinliklərə və təzyiqlərə baxmayaraq, "Azadlıq” qəzeti azad mətbuat prinsiplərinə sadiq qalmağa və həqiqətə qulluq etməyə davam edir. Eyni zamanda, qəzetin vəziyyəti Azərbaycanda azad mətbuatın ümumi vəziyyətinin göstəricisidir”.

Bu sözləri Milli Mətbuat Günü ilə əlaqədar "Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev bildirib.

100 min manatdan çox əmək haqqı borcu…

"Təəssüf ki, bu gün Mətbuat Gününü biz yenə uzun illərdir davam edən ağır vəziyyətdə – əməkdaşların həbsləri və döyülməsi, astronomik məhkəmə cərimələri, qəzetin yayılmasına olan maneələr şəraitində qeyd edirik. Ölkənin aparıcı jurnalistlərindən biri, saxta xuliqanlıq ittihamı ilə mühakimə edilmiş Seymur Həzihəbsdə qalmaqdadır. Maliyyə problemləri ilə əlaqədar redaksiyanın əməkdaşlarına 100 min manatdan çox əmək haqqı borcu var və qəzet yalnız onların fədakarlığı sayəsində nəşr olunur ”, – deyə R.Hacıyev bildirib.

O qeyd edib ki, "Azadlıq” dövlətin aztirajlı və hakimiyyətyönlü qəzetlərin saxlanmasından ötrü əliaçıqlıqla verilən maliyyə dəstəyindən məhrumdur.

Reklamdan, dövlət yardımından məhrum…

Rahim Hacıyevin deməsinə görə, normal demokratik ölkədə mətbuat dövlətin köməyinə ehtiyac duymamalıdır. KİV-in biznes qurumları kimi işləmək imkanı olmalıdır, özlər tirajlar və reklam ilə qazanmalıdır.

"Azadlıq” qəzeti uzun illərdir bu mənbələrdən məhrumdur. Belə ki, bizə reklam verilməsini qadağan ediblər”, deyə o bildirib.

Baş redaktorunun birinci müavini deyib ki, iqtisadi cəhətdən boğma prosesi davam edir. Onun bildirməsinə görə, 90-cı illərin sonlarında KİV-in 70 faiz müstəqil idisə, bu gün onların əksəriyyəti təzyiqə tab gətirməyərək, hakimiyyətə işləyir.

"Təəssüf ki, azad media ictimaiyyəti artıq kiçik bir qüvvəyə çevrilib. Amma azsaylı vicdanlı jurnalistlər öz mübarizəsini davam etdirir və cəmiyyətin onlara ehtiyacı var. "Azadlıq” qəzetinin on-line versiyasına gündəlik baxışlar on minlərlə orijinal İP-dən ibarət olur. Bu da insanların azad mətbuata ehtiyacından, müstəqil və obyektiv mənbələrə olan maraqdan xəbər verir”, deyə Hacıyev qeyd edib. (azadliq.org)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300