Gənc qız təhsil haqqını ödəmək üçün kitab satır - FOTOLAR

 

Dostları, tanışları, hətta onu tanımayan gənclər Laləyə yardım etmək üçün ona

kitab verirlər 

 


21 yaşlı Lalə Abbaslının tək istəyi Çexiyada ali təhsil almaqdır. Jurnalistikaya həvəsi olan
Lalə bu sahə üzrə Azərbaycanda qısamüddətli də olsa, video-reportyor kimi çalışıb. 

Bakı Jurnalistika Məktəbində 3 aylıq jurnalistika təlimini alan Lalə Abbaslının
(Lalə Hafiz) istəyi qəbul olmaq üçün şans qazandığı Çexiyanın Masaryk
Universitetində təhsil almaqdır. Bunun üçün isə ona 6500 dollar pul lazımdır. 

Lalənin ailəsinin maddi durumu çox ağırdır. Atası xəstədir. Ailədə sadəcə, anası işləyir.
Onun da qazandığı ancaq kirayəyə və dərmanlara xərclənir. Bu səbəbdən də Lalə
çıxılmaz durumda qalıb. 

Təhsili üçün gərəkli pulu özü tapmağa çalışan gənc qız, facebook üzərindən hamıya
çağırış edib. O, kitab sataraq, təhsil pulunu toplamağa çalışır. Dostları, tanışları,
hətta onu tanımayan gənclər Laləyə yardım etmək üçün ona kitab verirlər. Amma
buradan qazandığı onun təhsil arzularının reallığa çevrilməsi üçün bəs etmir. Üstəlik,
vaxt da çox az qalıb.

Lalənin avqust ayının sonuna qədər vaxtı var. Bu zamana qədər gərəkli
məbləği toplaya bilməsə, təhsil almaq arzusu ürəyində qalacaq: "Universitetdən
müsbət cavab alandan sonra xərcləri necə ödəyəcəyimlə bağlı düşünməyə başladım.
Qərara aldım ki, kitablarımı satım. Şəxsi profilimdə, kitab qruplarında elan paylaşmağa
başladım. Alanlar olur, sağ olsunlar. Amma bu, kifayət etmir. 2 aydır ki, sadəcə 1 illik
təhsil haqqını ödəmək üçün çalışıram. 

İlk olaraq öz kitablarımı satışa çıxartdım. Onları satdım. Sonra dostlarım sağ olsunlar,
kitablarını verdilər, onları da satdım. Beləcə başladım, təhsilim üçün pul toplamağa...
Amma həqiqət odur ki, bu miqdar bəs etməyəcək. 

İllik 1600 avro təhsil haqqı ödəməliyəm. Sadəcə, 1 il üçün yataqxana, bilet və digər
xərclərlə birgə 6500 dollara ehtiyacım var. Geridə qalan illəri orada işləyib, özüm
ödəyə bilərəm. Mənə sadəcə, ilk ilin təhsil haqqı üçün kömək lazımdır". 

- Niyə Azərbaycanda yox, Çexiyada təhsil almaq fikrinə düşmüsən?

- İstəyirəm ki, daha yüksək səviyyədə təhsil alım. Çexiyadakı təhsilin gücünü
bilirəm. Oranı bitirib, beynəlxalq bir media qurumunda çalışmaq istəyirəm.
Hazırda əsas məqsədim lazım olan məbləği toplayıb, Çexiyada oxumaqdır.
Universiteti bitirdikdən sonra harada çalışacağımla bağlı hələ düşünmürəm.
Çünki çox tezdir. 

- Hansısa dövlət qurumuna bununla bağlı müraciət etmisənmi?

- Açığı, etməmişəm. Çünki tanıdığım gənclər var ki, onlar müraciət ediblər, amma
faydası olmayıb. Bununla belə, müraciət etməyi düşünürəm. Bəlkə mənim maddi
durumumu və bu istəyimi nəzərə alıb, kömək edərlər. 

P.S. Laləyə yardım etmək istəyənlər aşağıdakı bank hesabına imkanları çatan
məbləği köçürə bilərlər: 

AccessBank: 260300000000386157

Banka of Baku: 380100001551334İ55
 
Portmanat hesabı: 944558576240 (şəhərdəki bütün paypointlərdən yükləmək olur).

Əlaqə nömrəsi:
055-576-68-63
055-857-62-40 (whatsapp)

Məhəmməd Türkmən,
Musavat.com,
Fotolar müəllifindir.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300